Icma.az
close
up
RU
TÜRKPA beynəlxalq hüququn müdafiəsində

TÜRKPA beynəlxalq hüququn müdafiəsində

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ konqresmenlərinin qərəzinə Türk parlamentarilərinin etirazı

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən Azərbaycan Respublikasına qarşı müxtəlif əsassız iddiaları ehtiva edən düzəlişin qəbul olunması beynəlxalq siyasətdə müzakirələrə yol açdı. Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) bu qərara dərhal reaksiya verərək xüsusi bəyanat nümayiş etdirdi.

Təşkilatın Baş katibi Ramil Həsən bildirdi ki, Cənubi Qafqaz regionunda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, həmçinin davamlı sülhün bərqərar olunması istiqamətində intensiv diplomatik səylərin göstərildiyi vaxtda konqresmenlər tərəfindən atılan bu addım ciddi təəssüf hissi doğurur. Regional təhlükəsizlik sisteminin yenidən formalaşdığı mərhələdə xarici qanunverici orqanların fəaliyyəti prosesə müsbət töhfə verməli, tərəflər arasında etimadı zədələyən qərəzli yanaşmalardan kənar durmalıdır.

Assambleyanın Baş katibinin bəyanatında yer tutan məqamlar xarici siyasət strategiyalarının obyektivliyi məsələsini yenidən gündəmə gətirdi. Mətndə aydın şəkildə qeyd olunur ki, xüsusi diqqət tələb edən məsələlər barədə qanunvericilik aktları təsdiqlənərkən ayrı-ayrı lobbi qruplarının dar siyasi maraqları rəhbər tutulmamalıdır. Beynəlxalq hüququn təməl prinsipləri, suverenlik normaları, dövlətlərin ərazi bütövlüyünə hörmət məsələsi istənilən qanunverici orqan üçün əsas meyara çevrilməlidir. ABŞ Konqresində formalaşan qərarların arxasında erməni diaspor təşkilatlarının fəaliyyətinin dayanması diplomatik təhlillərdə dəfələrlə sübuta yetirilib. Seçki marafonu dövründə konqresmenlərin müəyyən seçici seqmentlərinin dəstəyini qazanmaq məqsədilə atdıqları addımlar ABŞ-ın xarici siyasət prioritetləri ilə hər zaman üst-üstə düşmür. Vaşinqtonun Cənubi Qafqazda sabitlik tərəfdarı kimi çıxış etməsi fonunda Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində səsləndirilən düzəliş ziddiyyətli təsir bağışlayır.

Qanunverici qurumun bu hərəkəti Qərb institutlarında kök salmış lobbiçilik fəaliyyətinin bariz təzahürüdür. Bu şəbəkələr uzun illər müxtəlif konqresmenlərə maliyyə dəstəyi verməklə hüquq əleyhinə aktların atılmasına nail olublar. Lakin dəyişən geostrateji reallıqlar göstərir ki, kənar güclərin təzyiq üsulları Cənubi Qafqazda cərəyan edən müsbət dinamikanı dayandırmaq iqtidarında deyil. Azərbaycan beynəlxalq hüquqa, suverenlik prinsiplərinə sadiq qalaraq regional təhlükəsizliyin əsas təminatçısı rolunu davam etdirir. Ərazi bütövlüyünün bərpa olunması, mütləq yurisdiksiyanın tətbiq edilməsi beynəlxalq hüquqa tam mənada uyğundur. Xarici parlamentarilər tərəfindən həmin faktların görməzdən gəlinməsi reallıqdan uzaqlaşma göstəricisidir. Qanun layihəsinə daxil edilən bəndlər yerlərdəki həqiqi mənzərəni əks etdirmir, əksinə, dezinformasiya materiallarını rəsmi səviyyəyə qaldırmaq cəhdi kimi xarakterizə olunur.

Rəsmi Bakının xarici siyasətində ədalətli, şəffaf, konstruktiv mövqe hər zaman ön planda dayanır. Vaşinqtonda keçirilən müxtəlif səviyyəli diplomatik təmaslar Azərbaycanın Cənubi Qafqazda davamlı sülhdə hədsiz maraqlı olduğunu nümayiş etdirir. İkitərəfli müzakirələrdə ölkə rəhbərliyi delimitasiya, demarkasiya, kommunikasiyaların açılması, suverenliyin qarşılıqlı tanınması istiqamətində rasional yanaşma sərgiləyir. Məhz güclü siyasi iradə sayəsində ortaq sənədin mühüm hissəsi üzrə razılıq əldə olunub.

* * *

TÜRKPA tərəfindən vaxtında verilmiş sərt reaksiya qardaş xalqların sarsılmaz həmrəyliyini, parlament diplomatiyasının artan qlobal nüfuzunu ifadə edir. Assambleya yalnız üzv ölkələrin qanunverici orqanları arasında əməkdaşlığı təşkil etmir, həmçinin beynəlxalq arenada ədalətsiz yanaşmalara qarşı müştərək cəbhə formalaşdırır. Təşkilat kənar institutları normallaşma dövrünə zərər vura biləcək manevrlərdən çəkinməyə çağırır. Müraciətin fəlsəfəsində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət, həmçinin mehriban qonşuluq normalarına sadiqlik dayanır. Belə prinsipial mövqe göstərir ki, Türk dünyası qardaş ölkənin haqlı mübarizəsində, sülh quruculuğu strategiyasında hər zaman yanındadır.

* * *

ABŞ ilə Azərbaycan arasında strateji əhəmiyyətli sahələrdə dərin əməkdaşlıq ənənələri mövcuddur. Enerji təhlükəsizliyi, qlobal terrorizmə qarşı mübarizə, transit-daşınma dəhlizlərini inkişafı istiqamətində Vaşinqtonla Bakı çoxşaxəli, səmərəli tərəfdaşlıq qurub. Dövlət Departamenti, eləcə də digər icra strukturları həssas regionda sabitliyin təmin olunmasında respublikanın dəyərini daim yüksək qiymətləndirirlər. Məhz sadalanan praqmatik səbəblərdən Nümayəndələr Palatasının bəzi komitələrində formalaşan qərarlar iki ölkə arasında mövcud konstruktiv dialoqa yersiz kölgə salır. Ağ Evin xarici siyasət rəsmiləri daxildən qaynaqlanan sənədlərin ikitərəfli əlaqələrə, xüsusən sülh fazasına zərər vurmamasında məsuliyyət daşıyırlar.

Cənubi Qafqaz məkanı müasir dövrdə tarixi transformasiya mərhələsini yaşayır. Yeni geosiyasi reallıq Ermənistan rəhbərliyi tərəfindən hissə-hissə mənimsənilir, vasitəçilərin iştirakı minimuma endirilərək birbaşa müzakirələr formatı sınaqdan keçirilir. Bu əlverişli şəraitdə zərərli qətnamə diplomatik səyləri ləngitmək, təbii gedişatı pozmaq missiyası daşıyır. Xarici diplomatların məhəlli kompleks problemlərə kənar prizmadan yanaşması adətən İrəvanda mənasız ümidlərin yaranmasına, habelə radikal millətçi seqmentin yenidən fəallaşmasına səbəb olur.

Dövlətlərarası təmaslarda həlledici rol oynayan amillərdən ən mühümü rasional idarəetmə paradiqmasıdır. Azərbaycan həm Qərb, həm də Şərq qütblərinin kəsişdiyi strateji xətdə sabitləşdirici dövlət vəzifəsini mükəmməl icra edir. Müəyyən siyasi seqmentlər isə mövcud reallıqları dərk etmədən köhnəlmiş iddiaları yenidən canlandırmağa səy göstərirlər. Radikal dairələr erməni diasporunun təlqin etdiyi yalançı narrativləri irəli sürməklə nəinki hüquq normalarına hörmətsizlik nümayiş etdirirlər, eyni zamanda, Vaşinqtonun regional hədəflərinə böyük ziyan vururlar. Həssas sülh danışıqları zamanı tərəflərdən kimisə yersiz günahlandırmaq diplomatiyanın elmi təməllərinin kobud şəkildə pozulması sayılır. Cənubi Qafqazda formalaşan güc balansı və ərsəyə gələn təhlükəsizlik memarlığı yalnız iştirakçı ölkələrin müştərək razılığı, habelə təmkinli iradəsi nəticəsində möhkəmlənəcək. Xarici diktələr, o cümlədən uzaq qitələrdən verilən qərəzli qərarlar hər zaman məkanlara qeyri-sabitlik vəd edir.

İyul ayında komitədə formalaşan akt, sadəcə, lazımsız sənəd yığnıdır. Rəsmi qətnamə səviyyəsinə yüksəlməsi inandırıcı görünməyən həmin layihə daha çox seçicilərin rəğbətini qazanmaq, daxili siyasi qrup maraqlarını qorumaq hədəfinə xidmət göstərir. Sadalanan reallıqlarla paralel şəkildə, rəsmi Bakının irəli sürdüyü davamlı sabitlik doktrinası qətiyyətlə həyata keçirilir. Ermənistan tərəfinin qarşısında dayanan ən mühüm tapşırıq isə kənar dəstəkçilərə arxalanmaq xülyasından həmişəlik qurtularaq normallaşma prinsiplərini təsdiqləməkdir. Regional inteqrasiya, etibarlı qonşuluq mühitinin dərinləşməsi naminə süni əngəllərin aradan qaldırılması qaçılmaz zərurətə çevrilib. Türk həmrəyliyinin nümayiş etdirdiyi rasional yanaşma həm də qlobal ictimaiyyətə çatdırır ki, siyasət müstəvisi yalnız güclü mərkəzlərin istəkləri əsasında tənzimlənə bilməz.

TÜRKPA həmrəyliyi sayəsində assambleya ədalətin keşikçisi qismində iradəsini davam etdirir. Aparıcı beynəlxalq qurumlar mövcud status-kvo ilə barışmalı, fəaliyyətlərini dəyişməz qaydalara bağlamalıdırlar. Sağlam, ədalətli siyasət rəsmi Bakının xarici prioritetlərinin mütləq nüvəsini təşkil edir. Hadisələrin gedişatı sübut edir ki, saxta və qərəzli sənədlər heç vəchlə müstəqil qərarların gerçəkləşməsinə maneə yarada bilməz.

Yusif ŞƏRİFZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see280

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see270

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see263

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see257

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see251

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see251

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see248

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see243

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see243

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see236

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see224

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see223

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see223

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see218

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see216

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see215

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see212

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see211

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see198

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri