TÜRKPA nın Baş katibi beynəlxalq təşkilatları terrorizmlə mübarizədə əməkdaşlığı artırmağa çağırıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 may, AZƏRTAC
Mayın 21-də TÜRKPA-nın Baş katibi Ramil Həsən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Antiterror Mərkəzi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) tərəfindən birgə təşkil olunmuş “Terrorizmlə mübarizə, radikalizm və ekstremizmin qarşısının alınması üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qanunvericiliklə tənzimlənməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.
TÜRKPA-dan AZƏRTAC-a bildirilib ki, Ramil Həsən çıxışında süni intellektin və müasir texnologiyaların sürətli inkişafının təhlükəsizlik təhdidlərinin xarakterini dəyişdiyini, rəqəmsal məkanda terrorizm, radikalizm və ekstremizmlə mübarizədə yeni çağırışlar yaratdığını vurğulayıb.
R.Həsən, həmçinin BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqliyin vacibliyini bir daha qeyd edib. O, beynəlxalq təşkilatları həmrəyliyi gücləndirməyə, sülh, təhlükəsizlik və humanitar dəyərləri təşviq etməyə, eləcə də terrorizmlə mübarizədə əməkdaşlığı artırmağa çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 22 May 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















