Icma.az
close
up
RU
Ombudsman beynəlxalq təşkilatları itkin düşmüş şəxslərlə bağlı səyləri artırmağa çağırıb

Ombudsman beynəlxalq təşkilatları itkin düşmüş şəxslərlə bağlı səyləri artırmağa çağırıb

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

 Dünyanın müxtəlif bölgələrində baş verən müharibələr itkin düşmüş şəxslərin sayını günbəgün artırmaqdadır.


Missiya.Az xəbər verir ki, bu fikirlər Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları (itkin düşmüş şəxslər) Günü ilə əlaqədar Ombudsman Səbinə Əliyevanın müraciətində qeyd olunub.

Bildirilib ki, uzun illər işğala məruz qalan ölkə olaraq itkin düşmüş şəxslərlə bağlı problem Azərbaycandan da yan keçməyib:

"Ermənistanın ötən 30 il ərzində Azərbaycana qarşı həyata keçirmiş olduğu hərbi təcavüzü nəticəsində minlərlə soydaşımız itkin düşmüş və bu günədək taleləri haqqında hər hansı bir məlumat yoxdur. Rəsmi məlumata əsasən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş 4000-dək şəxs var ki, bunlardan da 71-i uşaq, 284-ü qadın, 316-sı isə ahıl şəxslərdir".

Məlumata əsasən, itkin düşmüş azərbaycanlıların taleyi barədə problem dəfələrlə tərəfimizdən əlaqədar beynəlxalq təşkilatların diqqətinə çatdırılıb, Cenevrə Konvensiyalarının tələblərinə müvafiq olaraq itkin düşmüş soydaşlar barədə məlumatların Ermənistanın təqdim etməsi tələb olunub:

"Azərbaycan dövləti  2002-ci ildən etibarən mütəmadi olaraq BMT-nin Baş Assambleyasında itkin düşmüş şəxslərlə bağlı qətnamə irəli sürür. Buna baxmayaraq, itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində indiyədək hər hansı əməli addımlar atılmayıb. İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan sistemli axtarış tədbirləri nəticəsində, eləcə də görülən tikinti-quruculuq işləri, habelə hadisə şahidlərinin ifadələrinə əsasən həyata keçirilmiş qazıntı işləri zamanı bir sıra kütləvi məzarlıqlar aşkarlanıb, tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş bəzi şəxslərin taleyinə aydınlıq gətirilib. Təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, digər kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları da ölkəmizə təqdim etmir, nəticədə uzun illərdir öz doğmalarından xəbər ala bilməyən ailə üzvləri iztirablar çəkməkdə davam edir".

Ombudsman dünya ictimaiyyətini beynəlxalq təşkilatları itkin düşmüş dörd minə yaxın soydarın taleyinə aydınlıq gətirilməsi istiqamətində öz səylərini artırmalarına çağırıb:

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, müharibə və digər səbəblərlə əlaqədar itkin düşmüş şəxslərin xatirəsini dərin ehtiramla yad edir və bir daha vurğulamaq istəyirəm ki, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar itkin düşmüş dörd minə yaxın soydaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində öz səylərini artırmalı, Ermənistan isə beynəlxalq humanitar hüquq normalarına əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 Avqust 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri