Icma.az
close
up
RU
TÜRKPA nın Baş katibi TDT nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb

TÜRKPA nın Baş katibi TDT nin Ağsaqqallar Şurasının üzvləri ilə görüşüb

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci il noyabrın 4-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi səfir Ramil Həsən TÜRKPA Beynəlxalq Katibliyində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini səmimiyyətlə salamlayıb.

APA xəbər verir ki, Ağsaqqallar Şurasının sədri cənab Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Ağsaqqallar Şurasının üzvləri – Azərbaycanın keçmiş Baş naziri və xarici işlər naziri cənab Həsən Həsənov, Qazaxıstan Parlamentinin Senatorlar Şurasının üzvü cənab İkram Adırbek, Qırğız Respublikasının keçmiş Baş naziri cənab Apas Djumaqulov, Özbəkistanın “Nurani” Fondunun İdarə Heyətinin sədri cənab Sodikjon Turdiyev və Şimali Kipr Türk Cümhuriyyətinin İnformasiya Ofisinin keçmiş müdiri cənab Oktay Öksüzoğlu daxil olublar.

Mühüm ziyarəti əbədiləşdirmək məqsədilə Katibliyin həyətyanı sahəsində ağacəkmə mərasimi keçirilib. Bu tədbir türk dünyasının davamlı əməkdaşlığının, ortaq köklərinin və çiçəklənən gələcəyinin güclü rəmzi kimi xidmət edib.

Baş katib Ramil Həsən öz salamlama nitqində türk dünyasının dərin bilik və müdrikliyini təmsil edənlər kimi təsvir etdiyi Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı və Şuranın üzvlərini Beynəlxalq Katiblikdə qəbul etməkdən böyük məmnuniyyətini ifadə edib. Baş katib həmçinin özünün vəzifəsinin icrasına başladığı ilk günlərdə TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edərək, Beynəlxalq Katibliyə göstərdiyi əhəmiyyətli dəstəyinə görə cənab Yıldırıma minnətdarlığını bildirib.

Öz növbəsində Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım səfir Ramil Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb. Cənab Yıldırım Baş katibin əvvəlki vəzifələrindəki geniş təcrübəsinə və dərin siyasət anlayışına əsaslanaraq bu mühüm vəzifədə uğurla çalışacağına güclü inamını bildirib.

Görüş Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Birol Akgün və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi səfir Ufuk Turqanerin iştirakı ilə də əlamətdar olub.

Nümayəndə heyətini TDT Baş katibinin müavini Ömer Kocaman, Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın baş müşavirləri Sinan Ülker və Muharrem Çığlık, TDT-nin layihə direktoru Ali Çiviler və Ağsaqqallar Şurası sədrinin müşaviri Seçil Özyanık daxil olmaqla, vəzifəli şəxslər müşayiət ediblər.

Görüşdə həmçinin TÜRKPA Baş katibinin müavinləri Talqat Aduov, Sakı Sadıkov və Muhammet Alper Hayali, eləcə də komissiya katibi Kadir Yaman iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Noyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri