Icma.az
close
up
RU
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb

TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının keçmiş Baş naziri Binəli Yıldırım ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, gGörüş zamanı TÜRKPA-nın Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin iki qüdrətli lider - Prezident İlham Əliyev və Prezident Recep Tayyip Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusilə vurğulanıb.

Öz növbəsində, TÜRKPA-nın Baş katibi Ramil Həsən səmimi qəbula görə Binəli Yıldırıma təşəkkürünü bildirib. O, müstəqil və qüdrətli türk dövlətlərinin beynəlxalq müstəvidə mövcudluğunun və həmrəyliyinin Türk dünyasının vahid və güclü birlik kimi çıxış etməsinə mühüm töhfə verdiyini qeyd edib.

Baş katib, xüsusilə Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyənin digər qardaş Türk dövlətləri üçün ilham mənbəyi və aparıcı qüvvə rolunu oynadığını xüsusi qeyd edib.

B.Yıldırım Azərbaycan ilə Türkiyə arasında strateji qardaşlıq münasibətlərinin güclənərək davam etdirilməsinin vacib və şərt olduğunu və bu istiqamətdə bundan sonra da əllərindən gələn bütün dəstəyi əsirgəməyəcəklərini ifadə edib. O, TÜRKPA-nın fəaliyyətinə və Baş katibin işlərinə uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Oktyabr 2026 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri