Icma.az
close
up
RU
Türküstan coğrafiyasında tarixi bütövlük bərpa olunur Deputatdan AÇIQLAMA

Türküstan coğrafiyasında tarixi bütövlük bərpa olunur Deputatdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub.

Bəs Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunmasının geosiyasi əhəmiyyəti nədir?

Sualımıza cavab olaraq Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tam hüquqlu üzv qəbul olunması, əslində, tarixi bir hadisədir və böyük geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir:

"Azərbaycan Prezidenti bu hadisəni qiymətləndirərkən, həm geoiqtisadi, həm də geosiyasi baxımdan önəmli olduğunu vurğulayıb. Bu, sadəcə bir ölkənin üzv qəbul edilməsi deyil, eyni zamanda Mərkəzi Asiyanın vahid bir subyekt kimi beynəlxalq münasibətlər sisteminə daxil olmasıdır. Bu hadisənin həm regional, həm də qlobal əhəmiyyəti vardır. Azərbaycan bu yeni formatda Mərkəzi Asiya ilə birlikdə, həm Cənubi Qafqazın geosiyasi imkanlarını Orta Asiya coğrafiyasına qazandırır, həm də Orta Asiyanın geosiyasi imkanlarını Cənubi Qafqaza təqdim edir. Bu da öz növbəsində Azərbaycan üçün böyük bir strateji əhəmiyyət kəsb edir".

Deputat əlavə etdi ki, geosiyasi əhəmiyyətdən danışdıqda, bu, Türküstan coğrafiyasında tarixi bütövlüyün bərpası və bu coğrafiyanın geostrateji üstünlüklərinin yenidən beynəlxalq münasibətlərdə təmsil olunmasıdır.

"Bu bütövlük, tarixən ortaq etnik kökdən, ortaq mədəniyyətə və dilə sahib olan xalqların, həmçinin VII-VIII əsrlərdən sonra ortaq dini dəyərlərin bir araya gəldiyi bir coğrafiyanın yenidən vahidliyə çevrilməsidir. Bu hadisənin özü, beynəlxalq münasibətlərdə yeni bir iradə və güc formalaşdıracaqdır. Bu yeni formalaşan gücün geosiyasi baxımdan nə qədər əhəmiyyətli olduğunu, həmçinin regiondakı dəyişən güc balanslarını göstərir. Nəticə etibarilə, bu bütün coğrafiya – Ön Asiya, Anadolu və Mərkəzi Asiya ilə birləşərək Qafqaz üzərindən Avropaya qədər uzanan vahid bir coğrafiya meydana çıxır. Bu, yalnız coğrafi deyil, həm də strateji bir əhəmiyyətə malikdir. Hazırda dünyada baş verən hadisələr kontekstində, belə bir gücün nə qədər mühüm rol oynaya biləcəyini göstərir. İnteqrasiya, regionun gücünü artıracaq və yeni bir geosiyasi güc mərkəzinin yaranmasına səbəb olacaqdır. Beləliklə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bu yeni formatda birləşməsi, təkcə regional deyil, qlobal səviyyədə də mühüm təsirə malik olacaq", - deyə H.Babaoğlu yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Noyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri