Icma.az
close
up
RU
Bakı Moskva qatarı bərpa olunacaq? Deputatdan AÇIQLAMA

Bakı Moskva qatarı bərpa olunacaq? Deputatdan AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Mayın 26-dan etibarən Bakı-Tbilisi sərnişin qatarlarının fəaliyyətinin bərpa edilməsi regionda nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir".

Bu fikirləri Redaktor.az-a Bakı-Tbilisi sərnişin qatarının yenidən fəaliyyətə başlaması haqqında danışan deputat Azər Badamov səsləndirdi.

O əlavə etdi ki, 18 may tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana işgüzar səfəri çərçivəsində bu qərarın elan olunması, uzun müddətdir gözlənilən mühüm bir addım kimi ictimaiyyət tərəfindən qarşılanıb:

"Bakı-Tbilisi sərnişin qatarlarının yenidən hərəkətə başlaması insanların Gürcüstana səfərlərini asanlaşdırmaqla yanaşı, region ölkələri arasında hərəkətliliyin artmasına da xidmət edəcək. Bu qərar təkcə turizm və şəxsi səfərlər üçün deyil, həm də iqtisadi və humanitar əlaqələrin genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Sərnişin daşımalarının dəmir yolu ilə bərpası Azərbaycan və Gürcüstan arasında nəqliyyat inteqrasiyasını gücləndirəcək və Orta Dəhliz üzrə əlaqələrin inkişafına əlavə töhfə verəcək. Eyni zamanda, perspektiv baxımından Azərbaycan ilə Rusiya arasında sərnişin qatarlarının fəaliyyətinin bərpası da aktual mövzulardan biridir. Uzun müddətdir quru sərhədlərin bağlı qalması səbəbindən səfər imkanları məhdudlaşmış və insanların hərəkət azadlığı müəyyən çətinliklərlə üzləşmişdir. Bu baxımdan dəmir yolu sərnişin daşımalarının bərpası həm humanitar, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir".

A.Badamov Bakı-Moskva sərnişin qatarının bərpasının mümkünlüyü barədə sualımızı da cavablandırdı:

"Rusiya istiqamətində sərnişin qatarlarının fəaliyyətinin bərpası Azərbaycan və Rusiya arasında mövcud olan iqtisadi, mədəni və ailəvi əlaqələrin daha da möhkəmlənməsinə, həm Azərbaycandan Rusiyaya, həm də Rusiyadan Azərbaycana səfər etmək istəyən insanların rahatlığının təmin olunmasına xidmət edə bilər. Qeyd edim ki, region ölkələri ilə dəmir yolu əlaqələrinin genişləndirilməsi Azərbaycanın tranzit imkanlarını artırmaqla yanaşı, regional əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfə verəcəkdir".

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 May 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri