Icma.az
close
up
RU
Turşu qoyarkən bunlara əməl edin Mütəxəssisdən vacib TÖVSİYƏLƏR

Turşu qoyarkən bunlara əməl edin Mütəxəssisdən vacib TÖVSİYƏLƏR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Yay ayları başlayan kimi bir çox evlərdə mətbəxlər yenidən canlanır. Bəziləri üçün bu mövsüm dəniz və istirahətlə bağlansa da, bir çox xanımlarımız üçün yayı əsl "qışa hazırlıq" dövrü adlandırmaq olar. Xiyar, pomidor, kələm kimi tərəvəzlərlə bankalar dolur, şirin mürəbbə və meyvə kompotları hazırlanır. Lakin bəzən min bir zəhmətlə hazırladığımız bu ləzzətlər bir neçə həftə sonra kəskin qoxu, ağ təbəqə və köpüklə bizi məyus edir.

Evdə hazırlanan turşular niyə tez xarab olur?

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan qida eksperti Asim Vəliyev bildirdi ki, bəzi hallarda turşuların üstündə "ağ təbəqə" dediyimiz kif, köpüklənmə və pis qoxu müşahidə edə bilirik. Onun sözlərinə görə, bu hallar qıcqırma və mikrobioloji xarab olmanın əlamətidir:

"Turşu hazırlığında vacib məqamlardan biri təmizlikdir. İstifadə etdiyimiz bankalar, qablaşdırma alətləri və qapaqlar mütləq isti su ilə yaxşıca yuyulmalı, sonra isə sterilizə edilməlidir. Tərəvəzlər də təmiz yuyulmalı, torpaq və çirkdən tam təmizlənməlidir. Torpaq mənşəli mikroorqanizmlər turşunun qıcqırmasına səbəb ola bilir. Turşuların uzun müddət xarab olmadan saxlanması üçün konservləşdirici təsiri olan maddələr lazımdır. Ənənəvi üsullarla hazırlanan turşularda 5–9%-lik sirkə istifadə olunur. O, pH səviyyəsini aşağı salaraq bakteriyaların çoxalmasının qarşısını alır. Limon duzu və ya limon suyu da turşuluğu artıraraq qida təhlükəsizliyini təmin edə bilir".

Mütəxəssis vurğuladı ki, duz həm ləzzət, həm də konservasiya üçün vacibdir.

"Az duz qoymaq mikroorqanizmlərin çoxalmasına səbəb ola bilər. Vacib şərt istifadə etdiyimiz nisbətlərə diqqət etməkdir. Çox az sirkə və ya duz qoysaq, turşular tez xarab ola bilər. Bütün qidalarda olduğu kimi, burada da turşuların hazırlandıqdan sonra harada və necə saxlanması vacib məsələdir. Əgər qaynadılıb, qapağı möhkəm bağlanıbsa, sərin və quru yerdə saxlamaq yetərlidir. Yox əgər açıq şəkildə və ya çiy üsulla hazırlanıbsa, soyuducu şəraitində saxlanmalıdır. Mütləq şəkildə birbaşa günəş şüası düşən yerlərdən uzaqda saxlanmalıdır. Bankanın içində hava qalarsa və ya qapaq boş bağlanarsa, bu hal da mikroorqanizmlərin çoxalmasına şərait yaradır. Bəziləri turşu hazırlanmasında dad vermək üçün qatqılar, müxtəlif ədviyyatlar və hazır qarışıqlardan istifadə edir. Alınan qarışıqların təmiz və istifadə müddəti keçməmiş məhsullar olmasına diqqət etsək, yaxşı olar. Təbii üsullardan olan sarımsaq, şüyüd və qara istiot daha yaxşı seçimdir", - deyə A.Vəliyev bildirdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyul 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri