Icma.az
close
up
RU
TVM İNŞAAT” MMC nin rəhbərinin diqqətinə: Ağdamın Xıdırlı qəsəbəsini su basdı

TVM İNŞAAT” MMC nin rəhbərinin diqqətinə: Ağdamın Xıdırlı qəsəbəsini su basdı

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ağdamın Xıdırlı kəndində yağışdan sonra baş verən fəsadlar onu göstərdi ki, yenə ölkə rəhbərliyinin etimadına xəyanət var. Bəli, mən bunu belə adlandırıram! Tikintiyə məsul olan şəxslər insanların ümidini qırırlar. Görünən odur ki, təcrübəsiz bir dəstə tenderin qalibi olub və işin öhdəsindən bu səviyyədə gəliblər. Tikinti olan ərazidə əvvəlcə yol strukturu nəzərə alınmalıdır. Yağış sularının hara gedəcəyini fikirləşməliydirlər. Kor olmalısan ki, bu işdə böyük yeyinti olduğunu görməyəsən. Vicdanla iş görülsə, vallah-billah xırımxırdadan yenə hamınıza yetərincə nəsə qalacaq…”.

Bu sözlər Ağdamın Xıdırlı qəsəbəsinin sakinlərindən birinin fb statusundandır.

Artıq neçə gündür ki, adi bir yağışdan sonra qəsəbənin istinad divarının uçması, qəsəbənin daxilini sel sularının yuyub aparması və s. barədə videolar paylaşılır…

Bəs bu qədər məsuliyyətli bir işin altına çiyin vermiş tikinti şirkəti barədə nələri bilirik?

***

“Təzadlar”ın araşdırması: məlum olur ki, bu qəsəbənin tikinti tenderini udan və bu işləri görən “TVM İnşaat” MMC-dir. Şirkətin saytı işləmir, amma özü haqqında belə bir dəbdəbəli təqdimatı var: “Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların klfayət qədər olmadığına inanan “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir”.

Necə? “TVM İnşaat” MMC Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir? Xıdırlıdakı kimi???

***

Bəs bu şirkətin rəhbəri-təsisçisi kimdir? Budur, “Təzadlar” araşdırdı ki: Ağdam, Füzuli, Xocavənd Rayonlarında Bərpas, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs 8 oktyabr 2024-cü ilin yanvarında tərəflər arasında Ağdam rayonunun Xıdırlı kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinin satın alınması prosesi də həyata keçirilib. Həmin razılaşmaya əsasən Xidmət “TVM İnşaat” MMC-yə 135 milyon 920 min 148 manat ödəyib. Nəzərinizə çatdıraq ki, nizamnamə kapitalı 10 manat olan “TVM İnşaat” MMC-nin bir hüquqi ünvanı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ŞTQ, Müşfiqabad qəsəbəsi, ev 3D, mənzil 8 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur. Başqa bir internet resurslarında isə MMC-nin hüquqi ünvanı belədir: “Bakı ş., Nəsimi ray., Azadlıq pr., 77B. Phone number 050 827 24 86″.

Amma bu telefona zəng çatmır.

Əcəb işdir, Nizamnamə kapitalı 10 manat, iş təcrübəsi 10 qəpiklik olan MMC-nin  Prezidentin diqqətində olan bir tikinti sahəsində-Xıdırlıda bu gördüyü işin kimin ayağına yazaq???

Yəqinki Baş Prokurorluq bu şirkətin Xıdırlı fəaliyyətindəki korrupsiyanı diqqətlə araşdıracaq, Musa Ağayev məsuliyyətə cəlb ediləcək.

“Təzadlar”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Sentyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri