Icma.az
close
up
RU
Tyaqo Bezerra: Abasov gəldikdən sonra komandanı xilas etdi Müsahibə

Tyaqo Bezerra: Abasov gəldikdən sonra komandanı xilas etdi Müsahibə

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi”nin sabiq forvardı Tyaqo Bezerra apasport.az saytına müsahibə verib.

- "Neftçi" 2024/2025 mövsümünü 6-cı pillədə başa vurdu. Bu barədə fikrin necədir?
- Bəli, nəticəni gördüm. Ümumiyyətlə, "Neftçi" 5 və ya 6-cı olsa belə, komandada vəziyyət çox pisdir. Belə halın yaşandığı birinci il deyil. Komanda 3-4 ildir ki, yaxşı nəticə göstərmir. "Neftçi" 6-cı yerdə bitirdi, 5-ci də bitirsəydi, yenə fərq yox idi. Heç biri yaxşı nəticə deyil.

- Komanda bu mövsümün sonunda avrokuboklara vəsiqə qazana bilmədi. Nə liqada, nə də ölkə kubokunda uğurlu oldular. Yəqin ki, "Neftçi" üçün bundan pis heç nə ola bilməzdi?
- Əlbəttə. "Neftçi" Avropaya getmirsə, demək ki, mövsüm çox pis keçib. "Neftçi" hər mövsüm çempion olmaya bilər. Amma hər mövsüm avrokuboklara vəsiqə qazana bilmirsə, artıq bu, çox pis nəticədir. Ən azından bunu etməlidirlər. Təəssüf ki, bunu da edə bilmirlər.

- "Neftçi" ölkə kubokunun yarımfinal matçında "Sabah"a məğlub oldu. Mövsümün son görüşündə də "Sabah"a uduzdular...
- Düzü, düşünürdüm ki, ən azından mövsümün sonunda "Sabah"ı məğlub edərlər, mövsümü yaxşı notlarla bitirərlər. Amma onu da etmək mümkün olmadı. Çox təəssüf.

- Baş məşqçi postuna Samir Abasov yenidən dəvət edildi. Hansı ki, o, 2021/2022 mövsümündə komandaya çempionluq qazandırmışdı. Səncə, yenidən bunu edə bilər?
- Samir Abasov yaxşı məşqçidir. Liqanı da yaxşı tanıyır, hər şeyi yaxşı bilir. Məncə, "Neftçi" rəhbərliyi Abasovu gətirməklə doğru edib. İnanıram ki, yavaş-yavaş işləri yoluna qoyacaq, toparlayacaq. Onsuz da, gəldikdən sonra komandanı xilas etdi. Çünki "Neftçi" daha da pis nəticələr göstərirdi. Hər halda, çox pis sezonda komandanı liqada saxladı. Çox pis mövsüm keçirdilər. Artıq mövsüm başa çatıb. Ümidvaram ki, yeni sezonla bağlı düşüncələr, planlar var. 

- Premyer Liqada "Qarabağ"ın hegemonluğu var. Onlar bu mövsümü də çempion kimi də başa vurdu. "Neftçi"nin bu hegemonluğa son qoya biləcəyini düşünürsən?
- Bilirsiz, bu zamanlar da keçəcək. "Qarabağ" da onsuz hər mövsüm çempion olmayacaq ki. İndi "Qarabağ"ın zamanıdır. Bəlkə də "Neftçi"nin də zamanı geri qayıdacaq. Ümidvaram ki, belə də olacaq. Yaxşı komanda qurmaq lazımdır. Azərbaycanda yaxşı oyunçular da var. "Neftçi"nin yaxşı kollektiv qurması mütləqdir. Bir də, zamana ehtiyac var. Hazırda "Qarabağ"ın hegemonluğu var. Qarşıdakı illərdə "Neftçi"nin də hegemonluğu geri qayıda bilər. Gözləyək, görərik.

II Liqada pley-off matçının nominal meydan sahibi müəyyənləşib FIFA referisi I Liqaya vəsiqə uğrunda pley-off görüşünə təyinat alıb Azərbaycan millisi dünya çempionuna qarşı - YENİLƏNİR Minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub - YENİLƏNİB Əvəzedicilər Liqası: Mövsümə yekun vuruldu
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://apasport.az
archiveBu xəbər 27 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see184

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see177

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see159

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see144

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see142

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see141

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see141

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see139

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see139

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see135

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see131

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see129

Bu tədqiqat işi nüfuzlu jurnalda dərc edildi MDU nun daha bir uğuru

29 Noyabr 2025 19:48see128

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see128

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see126

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see125

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri