Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Tyaqo Bezerra: Neftçi nin bir azarkeşi də mənəm Müsahibə

Tyaqo Bezerra: Neftçi nin bir azarkeşi də mənəm Müsahibə

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Neftçi"nin sabiq forvardı Tyaqo Bezerra apasport.az saytına müsahibə verib.

Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Ula"da oynayan hücumçu Bakı klubunun nəticələrini şərh edib.

- "Neftçi"ni daim izlədiyini bilirəm. Sabiq komandan hazırda turnir cədvəlində 7-ci pillədə qərarlaşıb və cəmi 3 matç qazanıb. Bu isə mövsümdə ən zəif göstəricidir. Hətta sonuncu pillədə qərarlaşmış komanda "Neftçi"dən daha çox qələbə qazanıb...
- Əlbəttə ki, "Neftçi"ni daim izləyirəm. Oyunlara tam olaraq baxa bilmirəm. Amma oyunlardakı bütün qollara baxıram. "Araz-Naxçıvan"la görüşü izlədim, qolları izlədim. Ramon Maçado da sabiq komandasına qol vurdu. "Neftçi"də işlər yaxşı getmir. Bunu dərhal görmək olar. Sonuncu pilləyə də yaxındır. Həqiqətən də, "Neftçi" üçün pis mövsümdür. Ola bilər ki, uzun illərdir komanda bu cür pis nəticə göstərməmişdi. Amma məncə, komanda işləri qaydasına salacaq. Yeni sezonda daha yaxşı komanda formalaşdırmağa məcburdurlar.  

- "Neftçi"nin Premyer Liqadan düşmək təhlükəsi də var. Onları sonuncu pillədən cəmi 4 xal ayırır. Bu durumdan çıxmaq üçün onlar nə etməlidir?
- Bəli, bu heç də yaxşı hal deyil. Əslində, durum həqiqətən təhlükəlidir. Cəmi üç oyunda qalib gəliblər. Digər matçlarda da qazanmaq lazımdır. "Neftçi" üçün sıxıntılı sezondur. Sadəcə düşüncəm odur ki, "Neftçi" işləri yoluna qoyacaq. Çünki böyük klub, böyük camiadır. "Neftçi" Azərbaycanda, Avropada da böyük komandadır. Fikrimcə, işlər bu qədər pis davam etməyəcək.

- "Neftçi" mövsümü sonuncu bitirərsə, böyük faciə kimi qarşılana bilər...
- "Neftçi"də işlər pis getsə belə, bunun baş verəcəyini düşünmürəm. Bunu heç kim gözləmir. Nə özləri, nə azarkeşləri, nə rəqibləri, nə də biz... "Neftçi" aşağı liqaya düşəcək komanda deyil. "Neftçi" daim çempionluğa oynayan klubdur. Aşağı liqaya düşə biləcək komandalar arasında heç adının keçməsi də lazım deyil. "Neftçi" aşağı liqaya düşərsə, bu, əsl böyük faciə olacaq. Amma bu baş verə bilməz. "Neftçi" yaxşı vəziyyətə gələcək.

- "Neftçi"nin hazırda mövqe olaraq forvardı olsa da, qol vuran, qol duyumu olan hücumçusunun olmadığı görünür. Sanki sonuncu dəfə elə əsl 9 nömrə sən olmuşdun...
- Təkcə "Neftçi" deyil, ümumiyyətlə 9 nömrə tapmaq çox çətindir. Futbol çox dəyişdi. Gənc futbolçular da o mövqedə oynamaq istəmirlər. Çünki çox da asan mövqe deyil. Komanda səndən çox şey gözləyir. Sənin isə tək nəsə etməyin çox çətindir. Çünki hücumda olanda rəqib müdafiəçilər daim sənə diqqət edir, yaxın olur, kontrol edir. Bu mənada, aktual futbolda cinah oyunçuları daha önəmlidir. Dünyada əsl 9 nömrə çox az qalıb. Aktual futbolda vəziyyət çox dəyişdi. "Neftçi" üçün deyil, elə burada Səudiyyə Ərəbistanında da 9 nömrə tapmaq çətindir.

- "Neftçi"nin bu uğursuz dönəmdə mövsümü titulla bitirmək imkanı var. Onlar ölkə kubokunu qazanaraq liqadakı uğursuz mövsümü unutdura bilər?
- Bəli, "Neftçi" buna məcburdur. Bir az mübarizə aparsalar, sona qədər oynasalar, bəlkə də kubokda irəliləyib mövsümü titulla bitirə bilərlər. Ötən mövsüm də "Neftçi" üçün yaxşı keçmədi. Onlar artıq uğurlu nəticə qazanmalıdır. Doğrudur, bütün böyük klublarda uğursuz dönəm olur. "Neftçi" bu vəziyyətdən çıxaraq, təcrübə qazanmalıdır. "Neftçi" harada və hansı səhvi etdiyini analiz etməlidir. Yəqin ki, edirlər də. 

- Bu yaşında (red. - 37 yaş) "Neftçi"yə gələrək qollarını sıralaya bilərsən?
- Mən hər zaman "Neftçi"yə gəlmək istəyərəm. Amma real baxsaq, bu da alınan deyil. "Neftçi" gənc, fərqli oyunçu axtarışındadır. Futbolda sistemlər çox dəyişdi. Əsl 9 nömrə oyunçular üçün də oynamaq çətindir. Çox komandalar bu cür futbolçulara güvənmirlər, dəstək vermirlər. Çünki çətin mövqedir. Amma mən hər zaman şükür Allaha qollarımı vurmuşam, burada da, Azərbaycanda da. Hara getdimsə, orada qollar vurmuşam. "Bu komandanı hər zaman izləyirəm. "Neftçi"nin də bir azarkeşi mənəm.

“Kəpəz”də ayrılıq Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür “Qəbələ”nin üzvü əməliyyat olunub Renat Dadaşov Azərbaycana gəlir - "Neftçi", yoxsa "Qarabağ"? "Qarabağ" daha bir legioneri ilə vidalaşır - EKSKLÜZİV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://apasport.az
archiveBu xəbər 29 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri