Tyerri Anri: Arda Gülər sadəcə dahidir”
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Real Madrid"in "Sevilya"nı 4:1 hesabı ilə məğlub etdiyi matçdan sonra əfsanəvi futbolçu Tyerri Anri Arda Gülərin oyununu yüksək qiymətləndirib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, fransalı sabiq futbolçu türkiyəli yarımmüdafiəçinin vurduğu qoldan təsirləndiyini bildirib. Anri Arda Gülərin çıxışını ayağa qalxaraq alqışladığını söyləyib.
"Qol o qədər möhtəşəm idi ki, ayağa qalxıb alqışlamağa məcbur oldum. Onun başından nələr keçdiyini bilmirəm, amma beynində böyük bir futbol zəkası olduğuna əminəm.
Heç kim onun hamı tərəfindən sevildiyi həqiqətini gizlədə bilməz. Çünki o, sadəcə bir dahidir", - deyə Tyerri Anri bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:38
Bu xəbər 19 Oktyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















