Bu, biabırçılıqdır Tyerri Anri
Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
Əfsanəvi fransalı futbolçu Tyerri Anri "Liverpul"un sabiq yarımmüdafiəçisi Stiven Cerrarddan danışıb.
Fanat.Az "Give me Sport"a istinadən xəbər verir ki, o, ingilis veteranın "Qızıl top" mükafatını qazanmamasının ədalətsizlik olduğunu bəyan edib:
"Qızıl top"un qaliblərini necə istəyirlərsə, elə də müəyyənləşdirirlər. Hər il ilk üç soyada baxır və fikirləşirsiniz: "Doğrudan belədir?
Məsələn, Cerrardın Çempionlar Liqasının 2005-ci ildə İstanbulda baş tutan finalından sonra "Qızıl top"a layiq görülməməsinə ad tapmaq çətindir. Bu, biabırçılıqdır. Mən Stiveni bütün dövrlərin ən böyük yarımmüdafiəfilərindən biri sayıram".
Xatırladaq ki, 2005-ci ildə reallaşan finalda "Milan"la qarşılaşan "Liverpul" fasiləyə 0:3 hesabı ilə geridə yollansa da, sonradan 3 qol vurub və oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirərək qələbə qazanıb. İkinci yarıda vurulan qollardan birinə Cerrard imza atıb.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 09 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















