Icma.az
close
up
RU
Üç ağac növündən biri nəsli kəsilmək təhlükəsi altındadır TƏDQİQAT AZƏRTAC

Üç ağac növündən biri nəsli kəsilmək təhlükəsi altındadır TƏDQİQAT AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

Ağacların nəsli kəsilmək təhlükəsi ekosistemlərin sabitliyini təhdid edir, minlərlə bitki, heyvan və göbələk növü üçün ciddi təhlükə yaradır. Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) “Təhlükəli Növlərin Qırmızı Siyahısı”nın yenilənmiş məlumatlarına əsasən, hazırda dünyada mövcud ağac növlərinin üçdə birindən çoxu yox olmaq təhlükəsi ilə üz-üzədir.

AZƏRTAC “euronews.com”a istinadla xəbər verir ki, ilk dəfə olaraq, IUCN tərəfindən qlobal miqyasda siyahıya alınmış 47 282 ağac növünün 16 425-nin nəsli kəsilmək təhlükəsi altında olduğu müəyyən edilib. Bu, ağac növlərinin Qırmızı Siyahıdakı növlərin 25 faizdən çoxunu təşkil etdiyini göstərir. Maraqlıdır ki, nəsli kəsilməkdə olan ağac növlərinin sayı quşlar, məməlilər, sürünənlər və suda-quruda yaşayan növlərin ümumi sayından iki dəfə çoxdur.

Ağac növlərinin qorunmasında iqlim dəyişikliyi əsas problemlərdən biridir. Xüsusilə tropik bölgələrdə dəniz səviyyəsinin qalxması, qasırğalar və digər təbii fəlakətlər ağacların həyati təhlükəsini artırır. Bundan əlavə, urbanizasiya, kənd təsərrüfatının genişlənməsi, invaziv növlər və xəstəliklər ağacların nəslinin kəsilməsinə səbəb olan digər amillərdir.

IUCN-in məlumatına görə, adalarda yaşayan ağac növləri ən yüksək risk altında olanlardır. Cənubi Amerika isə ağac növlərinin müxtəlifliyi ilə liderlik edir; qiymətləndirilən 13,668 növdən 3,356-sı (25 faiz) nəsli kəsilmək təhlükəsi ilə üzləşir. Bununla yanaşı, bu bölgədə elmə hələ təsvir edilməmiş ağac növlərinin çoxluğu səbəbindən risklərin artacağı gözlənilir.

Ağaclar karbon, su və qida dövriyyəsində mühüm rol oynayaraq torpaq əmələ gəlməsi və iqlimin tənzimlənməsinə təsir göstərir. IUCN tərəfindən müəyyən edilən nəsli kəsilməkdə olan ağac növlərinin 5 mindən çoxu tikinti materialı kimi, 2 mindən çoxu isə dərman, qida və yanacaq üçün istifadə olunur. Ağacların itməsi təkcə biomüxtəlifliyə deyil, həm də insanların həyatına ciddi təsir göstərə bilər.

Kral Botanika Bağlarının tədqiqat rəhbəri Eymar Nik ağacların ekosistemlər və insanlar üçün əhəmiyyətini vurğulayaraq, qlobal miqyasda ağacların qorunmasının vacibliyini qeyd edir: “Ümid edirik ki, hər üç ağac növündən birinin nəsli kəsilmək təhlükəsi altında olması kimi qorxulu statistika təcili tədbirlərə təkan verəcək”.

“Fondation Franklinia”nın baş icraçı direktoru Jan-Kristof Vi bildirib ki, ağac növlərinin qorunmasında artıq bir sıra ölkələr müsbət addımlar atır. Qana, Kolumbiya, Çili və Keniya kimi ölkələr milli strategiyalar hazırlayıb, Qabon isə mühüm əraziləri qorumaq üçün xüsusi planlar həyata keçirir. Professor əlavə edir ki, ağaclar iqlim dəyişikliyinə qarşı effektiv həll yolu kimi görünsə də, yeni meşə salınma planlarının daha yaxşı idarə edilməsinə ehtiyac var. Nəsli kəsilməkdə olan növlər bu planlara daxil edilməli və növlərin müxtəlifliyi artırılmalıdır.

Bu tədqiqat, ağac növlərinin qorunmasının qlobal miqyasda vahid yanaşma tələb etdiyini sübut edir. IUCN və digər təşkilatların birgə səyləri nəticəsində geniş məlumat bazası yaradılıb və artıq tədbirlər görülməyə başlanılıb. Hər bir vətəndaş, hökumət və təşkilat bu prosesə qoşularaq həm iqlim dəyişikliyi, həm də biomüxtəliflik böhranı ilə mübarizədə müsbət təsir göstərə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Dekabr 2024 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri