Icma.az
close
up
RU
Piylənmə dərmanlarının sağlamlıq riskləri araşdırılıb TƏDQİQAT AZƏRTAC

Piylənmə dərmanlarının sağlamlıq riskləri araşdırılıb TƏDQİQAT AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 yanvar, AZƏRTAC

Son illərdə geniş istifadə olunan və qlükaqon kimi peptid-1 (GLP-1) reseptor agonistləri kimi tanınan piylənmə dərmanları, xüsusilə “Ozempic” və semaqlutidlər yalnız arıqlamağa deyil, həm də bir sıra digər sağlamlıq problemlərinin, o cümlədən ürək xəstəlikləri və parkinson kimi xəstəliklərin müalicəsinə kömək etmə qabiliyyəti ilə diqqət çəkib. Lakin bu dərmanların uzunmüddətli təsirləri ilə bağlı yeni məlumatlar onların istifadəsi ilə əlaqədar yeni sağlamlıq risklərini də üzə çıxarır.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, Missuri ştatındakı Sent-Luis Sağlamlıq Xidməti Sistemindən Ziyad Əl-Aly və onun komandası tərəfindən aparılan genişmiqyaslı tədqiqat 2 milyona yaxın insanın sağlamlıq məlumatlarını təhlil edərək GLP-1 reseptor agonistlərinin 175 müxtəlif sağlamlıq vəziyyətinə təsirini araşdırıb.

Tədqiqatın nəticələrinə görə, müsbət təsirlər - GLP-1 dərmanları ürək xəstəliyi, insult və böyrək xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə azaldıb. Həmçinin Alzheimer xəstəliyi riskində 12 faiz, psixotik pozğunluqlar riskində 18 faiz, asılılıq pozğunluqlarında isə 13 faizlik azalma müşahidə olunub. Bu dərmanların beynin impuls nəzarəti ilə əlaqəli sahələrinə təsir göstərə biləcəyi düşünülür. Tədqiqat, həmçinin bu dərmanların bəzi sağlamlıq problemlərini artırdığına işarə edir. Artrit riskində 11 faizlik artım və daha ciddi olaraq pankreatit (mədəaltı vəz iltihabı) riskində 146 faizlik artım aşkar edilib.

Miçiqan Universitetinin piylənmə üzrə mütəxəssisi Randy Seeley bu cür dərmanlarla bağlı fayda və risklərin hərtərəfli qiymətləndirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu tədqiqat reallıqda dərmanların istifadəsini daha yaxşı istiqamətləndirməyə kömək edəcək məlumatlar təqdim edir.

“Nature Medicine” jurnalında dərc edilən tədqiqat GLP-1 reseptor agonistlərinin həm müsbət, həm də mənfi təsirlərini ortaya qoyaraq, bu dərmanların istifadəsi zamanı daha diqqətli yanaşma tələb olunduğunu göstərir. Tədqiqatçılar bildirirlər ki, bu dərmanlar daha geniş əhali üzərində və müxtəlif sağlamlıq vəziyyətlərində daha ətraflı şəkildə öyrənilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Yanvar 2025 08:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri