Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xarici ölkələrdən 1 052,45 ton təzə və ya soyudulmuş alabalıq (forel) idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan alabalığın ümumi gömrük dəyəri 4 milyon 686,7 min dollar olub.
Beləliklə, idxal edilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,45 dollar (7,57 manat) təşkil edib.
Məlumat üçün bildirək ki, bu ilin ilk 3 ayında alabalıq ən aşağı qiymətə İrandan, ən baha qiymətə isə Norveçdən idxal edilib. İrandan gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri 4,44 dollar (7,55 manat), Norveçdən gətirilən alabalığın 1 kiloqramının orta gömrük dəyəri isə 14,14 dollar (24,04 manat) olub.
Qeyd edək ki, idxal olunan alabalıq Azərbaycana bu ölkələrdən gətirilib:
İran – 1 051,04 ton (1 kiloqramının orta gömrük dəyəri 7,55 manat);
Norveç – 1,33 ton (24,04 manat);
Türkiyə – 0,07 ton (21,86 manat).
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Üç ayda İrandan min tondan çox forel gətirilib Kiloqramı 7,6 manata
15 İyun 2026 21:18
İrandan Azərbaycana 1 242 ton forel gətirilib Kiloqramı 7,2 manata
22 May 2025 05:25
Forelin kiloqramı Azərbaycana İrandan 7,3, Niderlanddan isə 533 manata gətirilir
28 Dekabr 2025 21:20
Bu ölkədən Azərbaycana kiloqramı 98 manata it pişik yemi gətirilib
29 İyun 2026 14:28
Kiloqramı 15 manata qalxdı KONKRET
18 Sentyabr 2025 13:13
Baxış sayı:195
Bu xəbər 15 İyun 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















