Icma.az
close
up
RU
Üç Azərbaycan güləşçisi finalda Birinin rəqibi ermənidir

Üç Azərbaycan güləşçisi finalda Birinin rəqibi ermənidir

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir

Azərbaycanın güləşçiləri Serbiyanın Zrenyanin şəhərindəki U-23 Avropa çempionatında uğurlu nəticələr göstərməyə davam edirlər.

QOL.az xəbər verir ki, yarışın 2-ci günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Ceyhun Allahverdiyev (61 kq) ukraynalı Andrey Şokalyuka tam üstünlüklə (11:0), makedoniyalı Bəşir Aliliyə isə (12:5) hesabı ilə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rəqib ermənistanlı Levik Mikayelyan olacaq.

Ağanəzər Novruzov (74 kq) türkiyəli Muhammet Özmuş (4:1) və moldovalı Yon Markunu (6:1) mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda fransalı Seyfulla İtayevlə bacarmayıb – 2:7. Güləşçimiz sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya isveçrəli Florian Bissiq, ya da gürcüstanlı Saba Kobaxidze olacaq.

Vasif Xudiyev (86 kq) də yarışa 1/4 finaldan qoşulub və italiyalı Qabriele Nikkoliniyə heç bir şans tanımayıb – 10:0. Finalın bir addımlığında rusiyalı Bozigit İslamgereyevə minimal fərqlə (2:3) məğlub olan həmyerlimiz bürünc medal uğrunda Radomir Stoyanov (Bolqarıstan) – Raxim Maqamadov (Fransa) görüşünün qalibi ilə güləşəcək.

Ali Tsokayev (92 kq) bolqarıstanlı Sali Saliyevlə (13:0) ermənistanlı Knyaz İboyanı (11:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Rusiyalı Mustafaqadji Malaçdibirovla gərgin mübarizə şəraitində keçən görüşdən qalib (6:4) ayrılan təmsilçimiz adını finala yazdırıb. Alinin finaldakı rəqibi türkiyəli Fatih Altunbaş olacaq.

Yusif Dursunov (125 kq) rumıniyalı Brian Teçereanı (10:0), ermənistanlı Xaçatur Xaçatryanı (9:3) və belaruslu Stsiapan Mandriki (3:2) üstələyərək finala vəsiqə qazanıb. Yusif həlledici qarşılaşmada rusiyalı Xabib Davudqadjiyevlə güləşəcək.

Qeyd edək ki, bunadək Azərbaycan güləşçilərindən Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Mart 2026 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see327

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see319

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see314

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see286

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see278

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see245

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see242

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see232

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see229

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see225

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see222

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see219

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see213

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see209

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see199

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see196

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see196

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see180

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri