Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
Meksika millisinin qapıçısı Qilyermo Oçoa futbol üzrə dünya çempionatları tarixinə düşməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, 2026-cı il mundialı 39 yaşlı qolkiperin karyerasında altıncı dünya çempionatı olacaq.
Bununla da o, turnirin altı final mərhələsində iştirak edən ilk futbolçu kimi tarixə düşəcək.
Cari mundialda bu göstəricini daha iki ulduz futbolçu təkrarlayacaq. Belə ki, Argentina millisinin kapitanı Lionel Messi və Portuqaliya yığmasının lideri Kriştianu Ronaldu da karyeralarında altıncı dəfə dünya çempionatının final mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu gün start götürəcək. Turnirin açılış oyununda ev sahiblərindən Meksika millisi paytaxt Mexikoda Cənubi Afrika Respublikası yığması ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 11 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















