Dünya çempionatı: Üç idmançımız tatamiya çıxacaq YENİLƏNİR
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının ikinci günündə Azərbaycanın üç idmançısı tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz iki çəki dərəcəsində mübarizə aparacaqlar.
Qızların yarışında 63 kq çəki dərəcəsində Hanna Zaytseva 1/16 finalda gürcüstanlı Mariam Natelauri ilə qarşılaşacaq.
Oğlanların mübarizəsində isə 81 kq-da Mehdi Abbasov 1/32 finalda italiyalı Edoardo Mikele Russo, Cəsur İbadlı isə küveytli Anas Buqammazla üz-üzə gələcək.
Təsnifat görüşləri Bakı vaxtı ilə saat 07:30-da, final bloku isə 16:00-da başlayacaq. Yarışlar “Judo TV”də canlı yayımlanacaq.
Qeyd edək ki, mundialın ilk yarış günündə Məhəmməd Musayev (66 kq) bürünc medal qazanıb.
Federasiya rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşdü Cüdo üzrə Bakı birinciliyinə yekun vurulub Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib Millimiz Bakıda keçirilən Avropa çempionatını ikinci başa vurub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 20 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















