Üç min vətəndaşın yolu uzanıb 4 aydır tədbir görülmür Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xaçmazda 8 kəndi birləşdirən körpü 4 aydır bərpa edilmir.
“Qafqazinfo” AZTV-yə istinadən xəbər verir ki, rayonun Aşağı-Zeyid inzibati ərazi dairəsinə daxil olan 8 kəndin bir-biri ilə əlaqəsi kəsilib.
Buna səbəb Caqacuqçayın üzərindəki körpünün sel suları nəticəsində dağılması və geridə qalan zaman ərzində körpünün bərpası ilə bağlı hər hansı bir işin görülməməsidir.
Sakinlərin sözlərinə görə, ərazidə ümumilikdə 3000-ə yaxın insan yaşayır. Hazırda onlar mənzil başına çatmaq üçün 15-18 kilometr daha uzun alternativ yoldan istifadə etməyə məcbur qalırlar. Çayın içindən salınan müvəqqəti yol isə problemi tam həll etmir. Çayda suyun səviyyəsi qalxan kimi yol tamamilə istifadəyə yararsız vəziyyətə düşür. Bu isə xüsusilə təcili tibbi yardım, məktəblilərin gediş-gəlişi və kənd təsərrüfatı məhsullarının daşınması zamanı əlavə çətinliklər yaradır.
Daha ətraflı videomatrealda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 İyul 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















