Binəqədidə qurumuş ağaclarla bağlı niyə tədbir görülmür? (VİDEO)
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Ərazidəki ağacların bir çoxunun quruduğu, bəzilərinin isə quruyaraq sağlam ağacların üzərinə aşdığı müşahidə olunur. Bu isə həm yaşıllıqların məhv olmasına, həm də ərazidən keçən avtomobillər və piyadalar üçün təhlükə yaranmasına səbəb olur.
Sakinlərin sözlərinə görə, problem illərdir mövcuddur və ərazidəki bəzi ağaclar kəsilib, bəziləri isə yandırılıb. Qurumuş ağacların arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nişanlanmış ağaclara da rast gəlinir.
Ərazi eyni zamanda zibilliklə çirklənib. Sakinlər bildirirlər ki, meşəlik sahə bəzi evsiz və digər şəxslərin məskunlaşdığı yerə də çevrilib.
Sakinlər aidiyyəti qurumların əraziyə baxış keçirməsini və qurumuş ağaclarla bağlı tədbir görülməsini istəyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Avqust 2026 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















