Icma.az
close
up
RU
“Üç ölkə arasındakı əməkdaşlıq turizm və ticarət axınını yüksəldəcək” Elmir Səftərov

“Üç ölkə arasındakı əməkdaşlıq turizm və ticarət axınını yüksəldəcək” Elmir Səftərov

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Regionda ölkəmizin 2020-ci ildə yaratdığı yeni reallıqlardan sonra Cənubi Qafqazda geosiyasi tarazlıqlar dəyişməyə başladı. Qarabağ zəfəri ilə başlayan bu tendensiya suverenliyimizin təmin olunmasından sonra Azərbaycanın beynəlxalq arenada əsas oyunçular sırasında yerinin möhkəmlənməsi ilə nəticələndi. Qlobal nüfuzu artan Azərbaycan isə dünyanın müxtəlif gücləri-həm Avropa, həm Mərkəzi Asiya, həm də Yaxın Şərq dövlətləri ilə əlaqələrini gücləndirir”.

Bu fikirləri politoloq Elmir Səftərov Gununsesi.info-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüşün keçirilməsi əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir:

“Ümumilikdə isə son illərdə Azərbaycan, Türkmənistan və Özbəkistan arasında faydalı layihələrin həyata keçirilməsi və fəal iştirakın təmin edilməsi sahəsində mühüm sazişlər imzalanıb. İmzalanan sənədlərin məzmununa baxdıqda, Azərbaycanın, Türkmənistanın və Özbəkistanın böyük tranzit və enerji potensialından tam istifadəsinin vacibliyi əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu baxımdan mövcud və perspektivli dəhlizlərin birləşdirilməsi ölkələrimizin əraziləri vasitəsilə Çini Cənubi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirilməsi sabit və səmərəli marşrutun formalaşmasına təkan verə bilər”.

E.Səftərov vurğulayıb ki, hazırda Çin-Özbəkistan dəmir yolunun tikintisinə başlanılması və həmçinin bu yaxınlarda Pakistan və Əfqanıstanla Trans-Əfqan Dəhlizi layihəsinə dair memorandumun imzalanması Azərbaycanın, Türkmənistanın və Özbəkistanın nəqliyyat infrastrukturu və enerji potensialından səmərəli istifadəsinə töhfə verəcək:


“Hər üç ölkə arasında daxili limanların müasir logistika infrastrukturunun yaradılması, razılaşdırılmış tarif siyasətinin aparılması, prosedurların rəqəmsallaşdırılması və yüklərə nəzarətin təmin edilməsi də daxil olmaqla, keçid qabiliyyətinin genişləndirilməsi məsələləri də gündəmdədir.

Böyük perspektiv vəd edən məsələlərdən biri də ölkələrin daxili bazarlarına ən qısa və ən sərfəli çıxışı təmin etmək məqsədilə yükdaşıma tariflərinin qarşılıqlı əsasda azaldılmasıdır ki, hazırda gündəmə duran məsələlərdəndir.

Bundan əlavə, enerji təhlükəsizliyinin təmin edilməsi məqsədilə əməkdaşlığın dərinləşdirilməsi və enerji resurslarının üçüncü ölkələrə ixracı üçün dəhlizlərin inkişaf etdirilməsi zəruri məsələlərdən biridir.

Eyni zamanda, Xəzərdə geoloji kəşfiyyat və yataqların işlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi də böyük perspektivlər vəd edir. Prioritet sahələrdən biri də ticarət dövriyyəsinin və sənaye kooperasiyasının həcminin artırılması istiqamətində ciddi potensialın mövcudluğudur”.

Politoloq hesab edir ki, əlaqələrin genişləndirilməsi ölkələrimizdən və üçüncü dövlətlərdən turist axınının artmasına imkan yaradacaq:

“Azərbaycan-Türkmənistan-Özbəkistan liderləri tərəfindən irəli sürülən təşəbbüslərin və əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün “yol xəritəsi”nin hazırlanmas isə birgə effektiv mexanizmlərin işə salınmasına töhfə verəcək.

Bakı, Daşkənd, Aşqabad üçlüyü mövcud və perspektivli dəhlizlər vasitəsilə Çindən Cənubi Asiya, Yaxın Şərq və Avropa ilə birləşdirən sabit transkontinental marşrut təşkil etmək potensialına sahibdirlər. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafi mövqeyə malik regional üstünlüklərimiz bizə bu fürsəti yaradır.

Bu baxımdan da Türkmənistanda keçirilən üçtərəfli görüş həm regionda, həm də dünayda çox şeyin dəyişdiyindən, ölkəmizin əsas oyunçu olduğu yeni güc mərkəzinin formalaşmasından xəbər verir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Avqust 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri