Icma.az
close
up
RU
“Üç qardaş” 6 sürücünün haqqını tapdalayır Bu sərnişindaşıma şirkətində nələr baş verib?

“Üç qardaş” 6 sürücünün haqqını tapdalayır Bu sərnişindaşıma şirkətində nələr baş verib?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda fəaliyyət göstərən “Üç qardaş” sərnişin daşıma şirkətində bir neçə işçinin əmək haqqı və məzuniyyət ödənişlərinin ödənilməməsi ilə bağlı şikayət var.

İşçilərin “AzPolitika”ya bildirdiklərinə görə, şirkət rəhbərliyi uzun illər ərzində əmək qanunvericiliyini kobud şəkildə pozub.

Hacıyev Nəriman Əsəd oğlu 2014-cü ildən şirkətdə çalışmasına baxmayaraq, yalnız 2018-ci ildən rəsmi olaraq işçi kimi qeydiyyata alınıb. Lakin o, 2018-ci ildən bu günə kimi məzuniyyət haqqı almadığını və işdən çıxanda yalnız son ayın 446 manat əmək haqqını ala bildiyini bildirib. Onun sözlərinə görə, hazırda şirkətdə 15-16 işçi eyni vəziyyətlə üzləşib, kartları şirkətin əlindədir və əmək haqqı ödənilməyib.

Məmmədov Əli Sabir oğlu isə 2018-ci ildən 2025-ci ilin may ayına qədər sürücü vəzifəsində çalışıb. O, bu müddət ərzində nə əmək haqqı, nə də məzuniyyət haqqı ala bilmədiyini, işdən çıxanda isə heç bir ödəniş edilmədiyini bildirib.

Həmidov Rahib Soltan oğlu da 2019-cu ildən 91 saylı marşrut avtobusunda sürücü kimi çalışıb və marşrutun fəaliyyəti dayandırıldıqda işdən azad edilib. Onun əlində iş dövrünə aid yol vərəqələri və tibbi müayinə arayışları mövcuddur. O, əmək haqqı və məzuniyyət ödənişlərini almadığını, kartının şirkətin rəhbərliyində qaldığını qeyd edib.

Hüseynov Sirac Tofiq oğlu 2019-cu ildən şirkətdə işləməyə başlayıb və 2020-ci ildən rəsmi olaraq işçi kimi qeydiyyata alınıb. 2025-ci ilin mayında işdən azad edilən Hüseynovun da əmək haqqı və məzuniyyət ödənişləri verilməyib, kartı şirkət tərəfindən saxlanılıb.

İmamquliyev Yaqub İmamqulu oğlu 2011-ci ildən 2024-cü ilin fevral ayına qədər şirkətdə sürücü kimi çalışıb. Onun da əlində iş dövrünə aid yol vərəqələri və tibbi müayinə arayışları olmasına baxmayaraq, əmək haqqı və məzuniyyət ödənişi almadığı bildirilir.

Məmmədov Ayaz Rakif oğlu isə 2018-ci ilin dekabrından 2021-ci ilin mart ayına qədər şirkətdə çalışıb və o da eyni problemlə üzləşib: əmək haqqı və məzuniyyət ödənişləri verilməyib, kart şirkət rəhbərliyinin əlində qalıb.

İşçilər bildirirlər ki, şirkət rəhbərliyi onların işlədiyi dövrü rəsmiləşdirməməklə və əmək haqqı ödənişini həyata keçirməməklə Azərbaycan Respublikasının əmək qanunvericiliyini pozub. İşçilər hüquqlarının bərpa olunması üçün müvafiq dövlət orqanlarına müraciət edəcəklərini açıqlayıblar.

Rasim

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri