Icma.az
close
up
RU
Üç qardaş dövlətin Zirvə Görüşü: Strateji əməkdaşlığın yeni səhifəsi ŞƏRH

Üç qardaş dövlətin Zirvə Görüşü: Strateji əməkdaşlığın yeni səhifəsi ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxışları bir daha təsdiq etdi ki, türk dövlətləri arasında əməkdaşlıq, ikitərəfli münasibətlərin inkişaf dinamikası artan xətlə davam edir.

Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşün reallaşması türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən mühüm siyasi təşəbbüs oldu. Eyni zamanda, bu görüş üç türk dövləti arasındakı münasibətlərdə yeni səhifənin açılmasına, əlaqələrin gedişini yeni keyfiyyət mərhələsinə yüksəlməsinə şərait yaratdı. Dünyaya bəyan edildi ki, türk dövlətləri qlobal və regional aktuallıq kəsb edən bütün məsələlərdə hər zaman ortaq mövqe nümayiş etdirirlər.

Zirvə Görüşündə çıxış edən ölkəmizin Prezidenti cənab İlham Əliyev hər iki liderə görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, bu üç dövlət arasında yeni əməkdaşlıq səhifəsinin açıldığını vurğulayib: “Bu gün imzalanan sənədlər arasında Arxadağla Füzuli şəhərlərinin qardaşlaşma sənədi də var. Bu, əslində, bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır”.

Tarixi əhəmiyyətli sayılan bu görüşdə nəqliyyat, enerji, iqtisadiyyat, və mədəniyyət sahələrində strateji əməkdaşlığın daha da dərinə gedəcəyi konkret şəkildə vurğulandı, qarşılıqlı fəaliyyət məsələləri müzakirə olundu. Xüsusi ilə, Azərbaycan, Türkmənistan və Özbəkistanın əraziləri strateji baxımdan əhəmiyyətli coğrafiyaları əhatə etdiyi üçün danışıqlar zamanı əsas mövzulardan biri nəqliyyat dəhlizlərinin və logistika infrastrukturlarının inkişaf etdirilməsi, milli nəqliyyat sistemlərinin inteqrasiyasının dərinləşdirilməsi oldu.

Prezident cənab İlham Əliyevin "Bu, tarixi görüşdür, tarixi sammitdir, tarixi Zirvə görüşüdür", - deyə adlandırdığı görüş həm də verilən mühüm mesajlarla yadda qaldı və türk dövlətləri arasında qardaşlığın sarsılmaz olduğunu nümayiş etdirdi.Əməkdaşlıq Türk dünyası üçün çox faydalı olacaq.Bu isə öz növbəsindəTürkdilli ölkələrin iqtisadiyyatına və əhalinin rifahına birbaşa təsir edəcək.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın türk dünyasına böyük töhfəsi - nəqliyyat və enerji dəhlizləri ilə bağlı həyata keçirdiyi layihələr türk dövlətlərinin milli mənafelərinin qorunmasına xidmət etməklə yanaşı, regional və qlobal proseslərdə türk dünyasının mövqelərinin güclənməsinə şərait yaradır.

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri