Icma.az
close
up
RU
Beynəlxalq əməkdaşlığın yeni səhifəsi ŞƏRH

Beynəlxalq əməkdaşlığın yeni səhifəsi ŞƏRH

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan beynəlxalq sferada öz nüfuzunu layiqincə təsdiq edərək, xarici dövlətlərlə əməkdaşlıq və dostluq əlaqələrini daha da genişləndirməkdədir. Məhz Azərbaycan və Böyük Britaniya arasındakı 32 illik diplomatik təməlin yeni mərhələsi olan növbəti bəyannamə buna bariz nümunədir. Belə ki, Azərbaycan və Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında 23 fevral 1994-cü il və 21 iyul 1998-ci il tarixli birgə bəyannəmələr mövcuddur. Bu yeni sənəd iki ölkə arasındakı tarixi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Ölkə başçımız 12 noyabr 2026-cı ildə Azərbaycan da daxil olmaqla, 50 ölkənin liderinin iştirakı ilə Dublində baş tutmuş Avropa Siyasi Birliyinin (EPC) doqquzuncu sammitində Böyük Britaniyanın Azərbaycanın ən böyük Avropa investoru olduğunu vurğulamışdır. Bəyyannamədə Orta Dəhlizin inkişafı məsələsi də xüsusi qeyd olunmuşdur. Orta Dəhliz mühüm nəqliyyat və logistika qovşağı kimi Şərqlə Qərb arasında Azərbaycanın mövqeyinin gücləndirilməsi baxımından əsas rol oynayır.

Tərəflər əsas bu üç istiqaməti prioritet götürmüşdür: 1. müdafiə və təhlükəsizlik, 2. ticarət, investisiya və artım, 3. təhsil və innovasiya. Bəyannamə 12 noyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnham tərəfindən imzalanmışdır. Görüş zamanı süni intellekt, rəqəmsal idarəetmə, innovasiya və müasir texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi kadrların hazırlanması, təlimlər, universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye arasında əməkdaşlıq, peşə təhsili, rəqəmsal bacarıqlar və elmi təcrübə mübadiləsi də nəzərdə tutulmuşdur. Ölkələrimiz hər il görüşərək Bəyannamənin icrasını nəzərdən keçirmək, yeni prioritetlər müəyyənləşdirmək və görüləcək işlər barədə fikir mübadiləsi aparmaq üçün razılığa gəlmişlər.

Bu yeni bəyannamə iki ölkə arasında uzun illər ərzində formalaşan dostluq və əməkdaşlığın yeni uğurlu mərhələyə yüksələcəyini bütün dünyaya nümayiş etdirəcək.

Sonda onu qeyd edim ki, bu bəyannamə ölkələriniz arasında çox mühüm sənəddir. Azərbaycan beynəlxalq əməkdaşlıqda etibarlı bir tərəfdaş olaraq, hər zamankı kimi, xarici diplomatik əlaqələrində öz qarşılıqlı etimadını, ortaq maraqlarını, birgə uğurlu fəaliyyətini və böyük nüfuza sahib olduğunu bir daha göstərəcək.

Əliəskərova Nuray,

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri