Icma.az
close
up
RU
Üç qırmızı vərəqə və Umudlunun inanılmaz şousu

Üç qırmızı vərəqə və Umudlunun inanılmaz şousu

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cəmi 14 sarı vərəqənin qeydə alındığı 25-ci turun ardından hesabat turuna “səliqəli” təyinini yapışdırmağa dilimiz gəlmir. Axı hakimlər 18 futbolçuya sarı vərəqə göstərməklə yanaşı, üçünü də meydandan qovdu. Birbaşa “qırmızı” ilə!

Kamal Umudlu tura sözün pis mənasında damğa vurdu. Onun “Araz-Naxçıvan” – “Qarabağ” oyununun sonunda yaşanan qalmaqalı düzgün qiymətləndirə bilməməsi ilə yanaşı, ölkənin ən bacarıqlı hakimi sayılan Əliyar Ağayevin hadisələrin axarına müdaxilə etməməsi də ən azı təəccüb doğurdu.
Araz-Naxçıvan – Qarabağ, KAMAL UMUDLU
3-cü pilləni əldən vermək üzrə olan “Araz-Naxçıvan”la turdan-tura çempionluğa yaxınlaşan “Qarabağ”ın dueli qonaqların aşkar üstünlüyü şəraitində keçdi. O başqa məsələ ki, “köhlən atlar” bunu nəticədə əks etdirməkdə çətinliklə üzləşdi. Hər halda, məlum hadisəyə qədər komandaların intizamlı oyunla yadda qaldığına şübhə yoxdu. 81-ci dəqiqədə yaşananlardan isə xəbərdarsız. Təbii ki, Felipe Santosun qırmızı vərəqə görməsində qəbahət yoxdu. Lakin Kamal Umudlu təhrikçi Yassin Benzyanı, Santosu boğmağa çalışan Elvin Cəfərquliyevi, döymək istəyən Musa Qurbanlını haqq etdiyi kimi cəzalandırmadı. Eləcə də VAR-da əyləşən Əliyar Ağayevdən səs çıxmadı. Üstəlik Frank de Blekere də epizodu şərh etmədi. Məsələ yalnız AFFA İntizam Komitəsi səviyyəsində dəyərləndirildi. Hər halda, belə idarəçilik Kamal Umudlu üçün böyük ayıbdı. Elmar Baxşıyev demişkən, acizlikdi!
Şamaxı – Sabah, CAVİD CƏLİLOV
Şamaxıdakı qarşılaşma yetərincə sakit məcrada keçdi. Bu isə Cavid Cəlilovla köməkçilərinin işini xeyli asanlaşdırdı. Nə “Şamaxı”, nə də “Sabah” aqressiv oyuna həvəs göstərdi. Belədə görüşün “ipini” əldə saxlamaq da xeyli asan oldu. Heç də təsadüfi deyil ki, Cəlilov cəmi iki dəfə əlini cibinə atdı. Hər iki “sarı” da 2-ci hissəyə təsadüf etdi. Belədə hakimlər briqadasının işi haqda mənfi nəsə söyləmək mümkün deyil. Diqqəti çəkəm yeganə məqam ikinci hissəyə 7 dəqiqə artırılması oldu. Həqiqətən də bu qədər uzun vaxta ehtiyac yox idi.
Sumqayıt – Kəpəz, İNQİLAB MƏMMƏDOV
Oyun hər iki komandanın, xüsusilə də qonaqların aqressiv üslubu ilə yadda qaldı. İlk hissədə qayda pozuntularına yol verməkdən çəkinən rəqiblər qalan vaxtda özünə oxşamadı. Hesabda iki top fərqiylə geri düşən Gəncə təmsilçisi biabırçı şəkildə məğlub olmaqdansa, kobudluğa üstünlük verdi ki, ədalət təmsilçisi bunu bağışlamadı. Belədə sarı vərəqələr sıralandı. Təbii ki, burda hansısa yanlış qərardan və ya haqsızlıqdan söhbət getmir. Axı İnqilab Məmmədovdan narazı qalan olmadı. Elə biz də referinin hansısa səhvindən bəhs edə bilmərik.
Zirə - Səbail, TURAL QURBANOV
Avrokuboklara vəsiqə və elitada qalmaq uğrunda mübarizə aparan komandaların görüşü Tural Qurbanovun briqadasına tapşırılmışdı. Hakimin hansısa qərəzli qərarının şahidi olmadıq. Hər iki hissədə aqressiv oyun tərzinə şərait yaradan referi komandaları cəzalandırmamaq üçün əlindən gələni etdi. O, yalnız Suleyman Alluşun kobudluğuna göz yummadı ki, burda da haqlı idi. Çünki “Səbail”in futbolçusu 74-cü dəqiqədə Qomisin çənəsinə zərbə endirərək, “qırmızı” aldı. Ümumi iş baxımından Qurbanova “5” düşür.
Neftçi - Turan Tovuz, RƏVAN HƏMZƏZADƏ
Komandaların gərgin mübarizəsi çoxlu qayda pozuntusuyla müşayiət olundu. Belədə şəkili referi sarı vərəqələrlə futbolçulara yerini göstərməkdən çəkinmədi. 18-ci dəqiqədə Rəhim Sadıxovdan ötürmə alan Emmanuel Hakman Filip Ozobiçlə mübarizədə kobudluq etdi. Hakim dərhal qonaqların legionerinə “qırmızı” göstərdi. O başqa məsələ ki, Hakmanın belə aşırı kobudluğuna ehiyac yox idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Mart 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri