Icma.az
close
up
RU
Azərbaycan futbolunda ədalət böhranı: Umudlunun qərarı nəyi göstərdi?

Azərbaycan futbolunda ədalət böhranı: Umudlunun qərarı nəyi göstərdi?

Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.

Kamal Umudlu dünən rəzalətə imza atdı. Həm də mövsümün əvvəlindən “Neftçi”yə qarşı olan qərəzi sübuta yetirdi. 

Dünən Umudlu və VAR-dakılar səhv etmədilər, yaxalandılar. İlk dəfədir ki, görüntü olmadan VAR-a baxıldı. O görüntü ilə penalti vermək çox şeyi ortaya çıxarır.

Məsələ penaltinin olub-olmaması deyil. Məsələ odur ki, axtarırdılar. Deməli, bu olmasaydı, başqasını tapacaqdılar. Artıq bu qənaətə gəlirik. Burada əsas problem niyyətdir. 

Mövsümün əvvəlindən “Neftçi” əleyhinə ciddi hakim səhvləri olub. Təyinatlara diqqət edin, hamısı da növbəti turda işinin başında idi. Heç bir cəza olmayıb.

Deməli, edilənlər səhv deyil, nəsə ayrı şeydi. Hakimliklə bağlı çox ciddi problem var. Mütləq ölçü götürülməlidir.

Əgər hakim səhv edirsə, normal qəbul edilə bilər. Amma bu səhvlər ardıcıl şəkildə eyni komandanın əleyhinə baş verirsə, artıq burada təsadüfdən yox, sistemli yanaşmadan danışmaq lazım gəlir.

“Neftçi”nin mövsümün əvvəlindən bu yana üzləşdiyi qərarlar adi səhv kimi izah edilə bilməz. Dünən  verilən penalti, əslində, hakimlik tarixində görünməmiş bir haldır. VAR monitorunda konkret görüntü olmadığı halda qərar qəbul edilməsi, futbolçuların, məşqçilərin və azarkeşlərin haqlı suallarına səbəb oldu.

Bu, yalnız bir oyunun nəticəsinə təsir göstərmir. Bu, bütövlükdə Azərbaycan futbolunun nüfuzunu zədələyir. Çünki azarkeş üçün ən böyük ədalətsizlik meydanda baş verənlərdir. Nəticə hansısa komandanın xeyrinə və ya əleyhinə ola bilər, amma proses şəffaf və düzgün olmalıdır.

AFFA və Hakimlər Komitəsi təcili tədbirlər görməli, bu məsələni ictimaiyyət qarşısında açıq şəkildə izah etməlidir. Əks halda, belə hadisələr “Neftçi” ilə məhdudlaşmayacaq, sabah başqa komandanın da başına gələcək.

Azərbaycan futbolunun gələcəyi üçün ən vacib şərt ədalətli idarəçilikdir. Əgər bu təmin olunmayacaqsa, nə oyun keyfiyyətindən, nə də uğurlardan danışmaq mümkün olacaq.

İdmanxeber.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 04 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri