Üç qızın qətlini sifariş edən şəxs həbs edilib
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Peru polisi geniş müzakirələrə səbəb olan 3 gənc qadının vəhşicəsinə öldürülməsini təşkil etməkdə şübhəli bilinərək Argentinada axtarışda olan Toni Valverde Viktoryanonu həbs edib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə TN telekanalı məlumat yayıb.
Argentinalı müstəntiqlər hesab edirlər ki, narkotik ticarəti ilə məşğul olan dəstənin lideri hesab edilən Valverde qadınların qətlini sifariş edib. Onun şəriki də Peruda həbs edilib.
İyirmi yaşlı Morena Verdi, Brenda del kastillo və 15 yaşlı Lara Qutierres sentyabrın 19-da yoxa çıxıblar. Beş gün sonra onların cəsədləri paytaxtın Florensio Varela ətrafında tapılıb. Məhkəmə-tibb ekspertləri qızların ölməzdən əvvəl işgəncəyə məruz qaldığını müəyyən ediblər.


