Icma.az
close
up
RU
Atasının qətlini sifariş edən oğul danışdı

Atasının qətlini sifariş edən oğul danışdı

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Atasını tamah məqsədi ilə öldürmək istəyən oğulun növbəti məhkəmə prosesi keçirilib.

News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində 3 nəfər – Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar oğlu təqsirləndirilən şəxs, 2 nəfər – Fərəcov Xələf Gülmalı oğlu və Sadıqov Zamiq Elxan oğlu isə zərərçəkən şəxs qismində tanınıb.

İlk olaraq zərərçəkmiş şəxs Xələf Fərəcov ifadə verib:

“Dövlət qulluğunda baş mexanik işləmişəm. Oğlumla bölüşəsi bir işimiz olmayıb. Yoldaşım 2021-ci ilin sentyabr ayında rəhmətə getdi. Mən hazırda toxumçuluqla məşğul oluram. Mənim oğlum deyir guya mən anasının sağlığında onun müalicəsi üçün pul verməmişəm, amma yalandır. Qadınlarla sonralar münasibətim olub. Mən burada gəlib bilmişəm ki, oğlumdan başqa məni bu insanlar da öldürmək istəyib. Mənim heç kimdən şikayətim yoxdur”.

Təqsirləndirilən şəxs Fəqan Fərəcovun sözlərinə görə, birinci özünə qəsd etmək istəyib: “Atama cəza vermək istəmişəm, neynəyim, mənim başım da ora qədər işləyir. Anamla qardaşım öləndən sonra depressiyaya düşmüşdüm. Öldürmək istəsəydim, avtoqəzaya salıb öldürərdim. Rayonda başqa-başqa adamlar deyirdilər ki, atan qadınlarla gəzir. Mən də çox düşündüm, dedim cəzalandırım. İşə görə bu uşaqlara pul verdim”.

Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salınıb.

Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişlidə yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, onun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə rayona getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri cinayəti başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun İstintaq idarəsində iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.\\lent.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://news24.az
archiveBu xəbər 23 Yanvar 2025 21:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri