“Üç uşaqlı analar da pensiyaya daha tez çıxa bilər” YENİ TƏKLİF
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Erkən təqaüdə çıxma məsələsi böyük aktuallıq kəsb edir. Bu konteksdə beş və daha çox uşağı olan analara bu hüquq verilir. İndi beş və daha çox uşağı olan ailələr çox azdır. Ona görə də bu güzəştin 3 və daha çox onlara şamil edilməsi çox ədalətli olar”.
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat pensiya kapitalından istifadə qaydasında dəyişiklik edilməsini təklif edib:
“Elə şərait yaratmaq lazımdır ki, pensiya kapitalı pensiyaya çıxmağa bir qədər qalmış müddətdə insanların ondan istifadə edilməsinə şərait yaradılsın. Əgər vətəndaş pensiyaya çıxmadan vəfat edirsə, onun pensiya kapitalının vərəsələrinə verilməsi istiqamətində qanunvericiliyə dəyişikliyin edilməsini vacib hesab edirəm”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 20 Noyabr 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















