Üç və daha artıq uşağı olanlar 5 il tez pensiyaya çıxa bilər YENİ TƏKLİF
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bununla bağlı təklifi deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin bu gün keçirilən birgə iclasında verib.
Onun sözlərinə görə, pensiyaların artırılmasının mənbələri çoxdur:
"Əsas mənbələrdən biri bilavasitə ümumi daxil məhsulda əməyin ödəniş xərcləridir. Təhlillər zamanı görürük ki, bu xərclərin ÜDM-də payı Azərbaycanda uzun müddət 20 %-dən aşağı və onun ətrafında olub. Bu, MDB ölkələri ilə bağlı göstəricidən, orta göstəricidən iki dəfə aşağıdır. Son illərdə bununla bağlı müəyyən dəyişiklər, tərəqqi var".
O qeyd edib ki, vətəndaşlar pensiyaya tez çıxmaqla bağlı xeyli suallar ünvanlayırlar:
"Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir".
Deputat əlavə edib ki, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 05 Noyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















