Icma.az
close
up
RU
“Üç xurafatçı mollaya qulaq asıb ateist olur”

“Üç xurafatçı mollaya qulaq asıb ateist olur”

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müsəlman ölkəsi olmasına baxmayaraq Azərbaycanda bu gün yetəri qədər ateist, inancsız insanlar var. Bu məsələ sanki bir tendensiyaya çevrilib və gənclər arasında müşahidə edilir. Bu ifadənin mahiyyətinə və dərinliyinə varmadan özlərini ateist adlandıranlar var. Hətta ictimaiyyətdə bunu açıq təbliğ edənlər də az deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfanın sözlərinə görə insanları dinə yaxud hansısa inanca bağlayan  səbəblər, hadisələr olduğu kimi dindən, inancdan uzaqlaşdıran səbəblər də var:

“Uzaqlaşdıran səbəbin ilki inkar etdiklərinin mahiyyətini tam bilməməkdir. Həzrət Əli deyirdi ki, insan bilmədiyini inkar edir, yaxud bilmədiyinin düşmənidir. Müasir dövrdə dünyada baş verən siyasi hadisələr, ziddiyətlər, ideoloji təlatümlər, mübarizələr dinlərin, inancların da təhrif olunmasına, əsl mahiyyətini itirməsinə səbəb olur.

Bəzən də dinlər siyasi - ideoloji məqsədlərə alət edilir, öz təbii, insani, humanist, əxlaqi mahiyyətindən uzaqlaşdırılır. Nəticədə din adı ilə mənfi hadisələr meydana çıxır, xurafat yayılır, mövhumat ayaq açır. Gənclər də bu mənzərə qarşısında tərəddüddə qalaraq, çaşqınlığa düçar olurlar və çox zaman da dindən, hətta milli adətlərdən də uzaq dururlar”.

Bu səbəbdən gənclər dindən uzaq dururlar

İlahiyyatçının fikrincə, din düzgün təbliğ olunmayanda, əsl mahiyyəti üzrə təqdim edilməyəndə təhlükəli nəsnə kimi görünür və ikrah oyadır:

“Məzhəbçi din adamları mübahisələr, ziddiyyətli tarixi hadisələr üzərindən o qədər mənfi aura yaradırlar ki, müasir insan onlardan da, dindən də, şirrdən qaçan kimi qaçır. Orta əsrlərdə elə bir dövr olub ki, elm və din paralel, bəzən də birgə, yanaşı addımlayıb. İslami elmlərin, fəlsəfə, kəlam, İslam hüququ və digər dünyəvi sahələrin inkişafı da həmin dövrdə baş verib.

Əl Kindi, İbn Rüşd, İbn Sina, Fərabi kimi filosoflar hamısı dinə inanır, hətta ilahiyyatla fəlsəfəni sintez edir, dinin elmi yönləri üzərindən işlər aparıb bəşəriyyətin bu gün də bəhrələndiyi böyük töhfələr verirdilər. Lakin sonra nə oldu? Onların yerində mühafizəkar, xurafatçılar gəldi və din adı ilə əslində mövhumatçılığı yaydılar. Yəni, endirilən yox, uydurulan dini yaydılar. Beləcə iki din yarandı”.

Ateist olmaq müasirləşmək deyil…

Tural İrfan deyib ki, gənclərin dinimizi elmi və müasir şəkildə anlamaları üçün vasitələr olmalıdır:

“Dindən çıxmaq, ateist olmaq heç də müasirləşmək demək deyil. İnsan gərək inkar etdiyini də əvvəldə tam öyrənsin, sonra inkar etsin. Amma insanlar üç xurafatçı mollaya qulaq asıb dindən ikrah edir və ateist olur. Belələri ateist də qala bilmirlər. Çünki ateizm də oxumaq, elm tələb edir. Ateistin daha çox suallara cavab verməsi ehtiyacı meydana çıxır. Odur ki, dinin mahiyyətini tam təbliğ etmək lazımdır”.

Təhlükəli tendensiya

İlahiyyatçının qənaətincə ateist olanların çoxu heç də Quranı, İbn Rüşdün, Fərabinin, Maymonidin, Əl Kindinin ilahiyyat sahəsindəki fəlsəfi traktatlarını oxuyub sonra dindən çıxmırlar:

“Sadəcə səthi olaraq gördükləri xurafatçıların əməllərinə, yaxud cəfəng nağıl kitablarına baxıb sanki din bunlardan ibarətmiş qənaətinə gəlirlər. Bu da çox təhlükəli tendensiyadır. Xalqımızın ənənəvi dini inancı var. Bu, inancdan döndərmək üçün əsasən Qərb institutları böyük “əmək” və vəsait sərf edirlər.

Xalqın, millətin birliyini, vəhdətini genetik olaraq, təbii olaraq təmin edən amillərdən biri də onun ənənəvi inancı, dinidir. Bu dini gərək sağlam şəkildə təbliğ edək, sağlam şəkildə anladaq ki, müasir insanımız da savadsız, məlumatsız qalıb ateizmə, deizmə meyl etməsin. Bu cür insanların çoxalması tolerantlıq baxımından təbiidir. Lakin mahiyyəti etibarı ilə cəmiyyəti parçalayır. Çünki xalqımız üçün ənənəvi və xarakterik deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://news24.az
archiveBu xəbər 19 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri