Icma.az
close
up
RU
Psixoloq: Bağça uşaqlara üç yaşından sonra lazım olur

Psixoloq: Bağça uşaqlara üç yaşından sonra lazım olur

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bağçalarda hər yaşa uyğun qruplar var. Ən kiçik yaşdan, məktəbəqədr yaşa qədər. Lakin uşaqların hansı yaşda və hansı kriteriyalar altında bağçaya verilə bilməsi sual doğurur.  İlk öncə yaxşı olar ki, biz uşağı psixoloji və fizioloji olaraq dəyərləndirək. Tipik inkişaf göstərən azyaşlının bağçaya 2-3 yaşında getməyi uyğun hesab olunur".
Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Canbabazadə deyib:
"Hər hansı özəlliyi olan, inkişaf problemindən əziyyət çəkən uşaqların erkən yaşda bağçaya getməyi problem yarada bilər. Çünki bağça bizim üçün sosiallığı öndə tutur. Uşağın sosiallaşmasına kömək edir. 
Özəl uşaqların erkən yaşda bağçaya getməyi onları sosiallaşmaq əvəzinə geri sala bilər. Mütləq bağçaya yazdırmazdan əvvəl psixoloji, fizioloji dəyərləndirmə aparılmalıdır".
Psixoloq bildirib ki, ailə bizim ilk sosial mühitimizdir:
"Uşaqların həyatının ilk illəri çox önəmlidir. Yaxşı olar ki, həmin illəri ailə ilə birlikdə keçirsinlər. Üç yaşa qədər bağça ana üçün lazımdır. Uşağa isə üç yaşdan sonra lazım olur. Üç yaşdan sonra oyunlar oynaya bilir. Bağçaya gedənə qədər evdə oyunlar oynaya bilən uşaq bunu bağçada da davam etdirir. Təəssüf ki, həyat şərtlərinə bağlı olaraq insanlar çox erkən dövrdə övladlarını bağçaya yazdıra bilir".
Onun sözlərinə görə, azyaşlıların bağçaya hazırlığı ən önəmli məqamlardan biridir:
"İlkin başlarda heç bir uşağı səhər 9-dan axşam 6- a qədər bağçada saxlamaq olmaz. Uşaqların bağçaya hazırlıq müddəti standart 2 həftədir. Bu orta statistikadır. Elə uşaq var ki, proses aylarla davam edə bilər.
İlk iki həftə ərzində uşaqla birlikdə bağçaya da gedilə bilər. Azyaşlının sevdiyi oyuncaq varsa, yanında apa bilər ki, güvən bağı yaransın. 2 həftə ərzində yaxşı olar ki, yarım günlük rejim tətbiq edək.Adaptasiya müddəti başa çatana qədər bu davam etməlidir. Bəzən valideynlər düşünür ki, övladları daha böyük yaşda olanlarla eyni qrupda olsa, faydalı olacaq. Bu, yanlışdır. Əksinə hər uşaq öz yaşıdları olan qruplarla yazılmalıdır". 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri