Ucar sakinləri onlara artıq qaz borcu yazıldığını iddia edirlər Açıqlama
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ucar sakinləri rayonda abonentlərə faktiki sərfiyyatdan bir neçə dəfə artıq qaz borcu yazıldığını iddia edirlər.
Yeniavaz.com-a müraciət edən rayon sakinləri Bəxtiyar Kərimov, Mahir Kərimov və Rəhman Əhmədovun sözlərinə görə, yüzlərlə abonent ciddi maddi çətinliklərlə üz-üzə qalıb.
“Əvvəlki aylarda hər ayın 1-i və ya 2-si tarixində abonentlərə yazılı bildiriş qəbzləri təqdim edildiyi halda, 2026-cı ilin yanvar ayında heç bir bildiriş verilməyib, yalnız telefonlara SMS göndərilib. Bu addım bilərəkdən atılıb və məqsəd şişirdilmiş borcların izini itirmək, vətəndaşların etiraz imkanlarını məhdudlaşdırmaqdır. Abonentlərə verilən izahlar isə qeyri-müəyyəndir və başa düşülən formada deyil.
Daha ciddi hal isə ondan ibarətdir ki, evində olmayan, qazdan istifadə etməyən abonentlərə belə şişirdilmiş borclar yazılıb və bu borclar barədə yalnız SMS vasitəsilə məlumat verilib”.
İddialarla bağlı ünvanladığımız müvafiq sorğuya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiya şöbəsinin rəisi Eldəniz Vəliyev belə cavab verib:
“Belə bir şey yoxdur. Sərfiyyatdan artıq heç kim heç bir abonentə ağlına gələn bir rəqəmi yaza bilməz. Kimin şikayəti varsa, konkret olaraq müraciət etsin, individual qaydada, həmin şikayətlər araşdırılsın, cavab verilsin”.
Murad Məmmədov
Baxış sayı:65
Bu xəbər 15 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















