Icma.az
close
up
RU
İçərişəhər sakinləri parkinqdən şikayətçidir Rəsmi açıqlama

İçərişəhər sakinləri parkinqdən şikayətçidir Rəsmi açıqlama

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

İçərişəhər ərazisində yaşayan bir qrup sakin oradakı parkinq problemindən şikayətçidir. 

Bu barədə “Qafqazinfo”ya Əməkdar artist Mübariz Həmidov müraciət edib. Sumqayıt Dövlət Dram Teatrnın keçmiş direktoru olan sənətçi bildirib ki, İçərişəhərin giriş hissəsi - Vəli Məmmədov küçəsi bina 22 və Neftçilər prospekti 5 B-də avtomobillərini park edə bilmirlər.

Onunla yanaşı adıçəkilən ünvanda yaşayan digər sakinlər də bu vəziyyətdən narahatdır. Sakinlər deyir ki, həmin ərazidə əvvəllər 10-15 maşının parkinqinə icazə verilirdisə, indi  bu say 4-5-ə düşüb: “Hamımız bu vəziyyədən narazıyıq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri dəyişəndən sonra bu halla üzləşdik. Həmin ərazidə yol nişanlanıb, yalnız 4-5 nəfər maşın saxlaya bilir. Onlar da restoranlara gələn müştərilərin və şirkət işçilərinindir”.

Həmçinin qeyd olunub ki, sakinlər avtomobili park etmək istədikdə cərimələnir: “Əməl etməyən vətəndaşlar 2 bal 80 AZN cərimələnir. Qoruq İdarəsi sakinləri nəzərə almadan, İçərişəhərə girişi pullu etməklə, binada yaşayanlar üçün dözülməz vəziyyət yaradır”. 

Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “İçərişəhər ərazisində müşahidə olunan əsas problemlərdən biri bəzi sürücülərin nəqliyyat vasitələrini ikinci və digər sıralarda, həmçinin dayanmanın qadağan olunduğu yerlərdə, yol ayrıclarında saxlamaqla, birtərəfli yollarda hərəkət istiqamətinin əksinə hərəkət etməklə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradılması ilə bağlıdır. Bu cür qayda pozuntuları ərazidə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadaların təhlükəsizliyinə və tarixi məkanda gündəlik hərəkət rahatlığına mənfi təsir göstərir.

Sürücülərə dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, həmin hallar təəssüf ki, davam edir. Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə DYP tərəfindən müvafiq tədbirlər həyata keçirilərək ərazidə nəzarət tədbirləri gücləndirilib, qaydaları pozan nəqliyyat vasitələri barəsində inzibati tədbirlər görülüb”.

Qurumun açıqlamasında bildirilib ki, görülən bu tədbirlərin əsas məqsədi İçərişəhərdə nəqliyyatın təhlükəsizliyini təmin etmək, və oxşar halların təkrar baş verməsinin qarşısını almaq, habelə həm piyadaların, həm də sürücülərin rahat hərəkətini qorumaqdır: “Sürücüləri bir daha qaydalara əməl etməyə və tarixi məkanın mühafizəsinə töhfə verməyə çağırırıq”.

Qeyd edək ki, cari ilin fevralında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Rüfət Mahmud sədr təyin edilib. 

Fidan Etibar 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Avqust 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri