Icma.az
close
up
RU
Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı TƏFƏRRÜAT

Ucarda qanlı olay: 65 yaşlı kişi qardaşı oğlunu bıçaqladı TƏFƏRRÜAT

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucar rayonunda 65 yaşlı kişi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı qardaşı oğluna xəsarət yetirib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 29-da  rayonunun Qaradağlı kəndində baş verib. 
Kənd sakini, 1960-cı il təvəllüdlü Mahir Qəhrəmanov kənddə yerləşən evin həyətində qardaşı oğlu Həmidin (ad-soyad şərtidir – red.) həmkəndlisi Ramalı döydüyünə görə irad tutub. 
Bu zaman onların aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Həmid əmisinin ünvanına nalayiq söyüşlər söyüb. Bu söyüşlərdən yaşlı kişi əsəbiləşib və sərxoş vəziyyətdə qisas almaq məqsədilə yaşadığı evin həyətindəki çardağın altında olan stolun üzərindən götürdüyü bıçaqla onun bədəninin müxtəlif nahiyyələrinə 4 zərbə vurub. 
M. Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Həmid onun qardaşı oğludur: “İyulun 29-da, saat 21 radələrində yaşadığım Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində olan zaman Həmid oraya gəldi. Qonşumuz Ramalı küçədə döydüyünü və sonuncunun şikayət etməməsi üçün məsələni yoluna qoymağı dedi. Mən isə Ramalın yaşadığı evə getdiyimi, onun anasına bu barədə xahiş etdiyimi və xahişimi nəzərə alaraq şikayət etmədiyini dedim. Həmin günü doğum günüm olduğu üçün təxminən 1 saat əvvəl evdə təkbaşına 500 qram araq içmişdim. Ramalın anası ilə danışdıqdan sonra evin həyətində yerləşən çardağın alt hissəsində olarkən qardaşım oğlu məndən məsələnin həll olunub-olunmadığını soruşdu. Mən isə anası ilə danışaraq məsələni yolun qoyduğumu söylədim. Bu məsələyə görə qardaşım oğlunu danlamağa başladım”. 
Məhkum qeyd edib ki, bu zaman Həmid ona söyüş söyərək dalaşmağa başlayıb: “Ardınca əynimdə olan köynəyimi dartaraq cırdı. Sonra bədənimin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vuraraq məni döydü. Bundan sonra zərərçəkmiş şəxs həmin yeri tərk edərək evə getdi. Mən isə orada qaldım. Bundan təxminən 2-3 dəqiqə sonra zərərçəkmiş şəxs mətbəxdə işlətdiyimiz bıçaqla mənə tərəf gəldi. Mən bunu görərək qaçmaq istədim. Zərərçəkmiş şəxs badalaq fəndi işlədərək məni yerə yıxdı. Bu zaman mən xəsarət aldım. Daha sonra yerdə uzanmış vəziyyətdə olan zaman zərərçəkmiş şəxs mənim  sol qabırğa nahiyəmin üst hissəsinə təpiklə bir neçə zərbə vurdu. Ardınca isə bıçaqla mənə zərbə vurmaq istəyərkən əlim ilə onun sağ bilək nahiyəsindən yapışdım, biləyini sıxdım. Bıçaq əlindən yerə düşdükdən sonra zərərçəkmiş şəxs əli ilə məni boğmağa başladı. Bu zaman məcbur olaraq bıçağı yerdən götürdüm və bir neçə dəfə ona zərbə endirdim. Lakin neçə zərbə vurmağımı xatırlamamışam. Zərbənin təsirindən zərərçəkmiş şəxs məndən kənarlaşdı. Bundan sonra ona bıçaqla xəsarət yetirməyi dayandırdım. Sonra bıçağı qabın alt hissəsində gizlətdim, həyətdə olan otluq sahədə yatdım. Səhər vaxtı Ucar Rayon Polis Şöbəsinə gedərək təslim oldum”.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə M. Qəhrəmanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq olmaqla 3 il 6 ay müddətinə şərti cəza təyin olunub. 
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə dəyişdirilib. O, həbsdən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri