Icma.az
close
up
RU
Bakıda 55 yaşlı kişi qonşusunu bıçaqladı TƏFƏRRÜAT

Bakıda 55 yaşlı kişi qonşusunu bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Yasamal rayonunda 1969-cu il təvəllüdlü Mirəli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Ədalətə xəsarət yetirib. 
Demokrat.az-
ın əldə etdiyi məlumata görə, hadisə 8 avqust 2023-cü ildə baş verib. Mirəli həmin gün saat 20 radələrində tanışı Ədaləti görüb. 
O, Ədalətin eşitməyəcəyini zənn edərək asta səslə “iş verən” deyib. 
Ədalət isə işlətdiyi sözə görə onun qarşısını kəsib irad bildirib, onunla mübahisə edib. 
O, Ədalətə mübahisəyə son qoymasını, eləcə də onu kənara çəkilərək sakit formada münasibətlərə aydınlıq gətirməsini tələb etsə də, Ədalət mübahisəni davam etdirərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. 
Buna görə Mirəli Ədalətdən qisas almaq məqsədi ilə üzərində olan və az öncə yaşadığı evdən meyvə soymaq üçün götürdüyü bıçağı ilə onun qarın nahiyəsindən qəsdən bir dəfə vurub.
Hadisəni törədən Mirəlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mirəli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, evlidir və həyat yoldaşı ilə birgə nigahdan azyaşlı övladı var: 
“Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heç yerdə işləmirəm. Aradabir fəhləlik edib gündəlik ehtiyaclarımı ödəyirəm. Yasamal rayonu, Alatava qəsəbəsində ailəm ilə birlikdə yaşayıram. Yaşadığı məhəllədə heç kimlə ədavətim və düşmənçiliyim olmayıb. Həmçinin mənimlə eyni məhəllədə “Ədiş” kimi bildiyim əsl adı Ədalət olan şəxs də yaşayır. Onunla da heç bir zaman ədavətim və düşmənçiliyim olmayıb. 
Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra çalışdığım qədər mübahisələrdən, dava-dalaşdan uzaq dururmuşam ki, mənə problem yaranmasın. Sakit şəkildə öz həyatımı yaşamışam. Aradabir narkotik vasitə olan metamfetindən çəkmək yolu ilə istifadə edirəm. Eyni məhəllədə yaşadığım Ədalət adlı qonşunu son zamanlar ərazidə xidmət aparan polis əməkdaşları ilə səmimi münasibətini görmüşəm. Ona görə çəkinirdim ki, Ədalət narkotik vasitə istifadə etdiyim barədə məlumatı var idi və şübhələnirdim ki, o bu məlumatı polis əməkdaşlarına bildirər. Lakin bununla əlaqədar ona heç bir zaman nəsə deməmişəm”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü evin həyətində oturub siqaret çəkib, bir qədər keçdikdən sonra evə daxil olub bir alma və mətbəxdən bıçaq götürərək çölə çıxıb: 
“Hava yaxşı olduğundan mətbəx bıçağı ilə almanı soyub yeyərək bir qədər aşağı məhəlləyə gəzərək getdim. Bu zaman Ədalətin çöldə öz evlərinin qarşısında durduğunu gördüm. Alma yeyə-yeyə onun yanından keçən zaman ona baxaraq asta səslə “iş verənlər” deyərək keçdim. Lakin həmin sözü uca səslə demədim və fikirləşmədim ki, o eşidər. Ədalət qəfildən qarşıma çıxaraq “sən kimə iş verən deyirsən” sualını verdi. Onunla mübahisə etmək istəmədiyimdən yoldan çəkilməsini və yaxın durmamasını bildirərək əlim ilə onu bir qədər qırağa çəkdim və öz yoluma davam etdim. Lakin o, əl çəkməyərək yenidən onun qarşıma keçdi və bu dəfə yaxasından tutaraq “sən kimə iş verən deyirsən” soruşdu. Ona mənimlə işi olmamasını, öz işi ilə məşğul olmasını dedim. Həmin vaxt evimin qarşısından bir qədər aralıda olduğumuzdan ona evinin qarşısında mübahisə etməməyi, çəkilib bir qədər aralıda söhbət etməyi təklif etdi. Həmin vaxt onun əlində taxta parçası olub. Məhəllədə olan transformatırın arxa tərəfinə getdik  ki, heç kim söz-söhbətimizi eşitməsin. Ədalətin əlində taxta parçası olduğuna və uca səslə danışdığından çalışdığım qədər sakit danışmağa üstünlük verdim. Lakin Ədalət mənimlə uca səslə danışırdı. 
Onu yenidən əlim ilə itələdim ki, məndən əl çəksin, yaşadığım evə gedim. Çevrilib evə getmək istədikdə Ədalət ünvanıma “sən mənə iş verən deyə bilmərsən, bilib danışmıyanın da var-yoxunu...” sözləri dedi. Ədalət var-yoxumu söydüyündən özümü bir anlıq itirdim və əlimdə olan bıçaqla ona bir dəfə zərbə endirdim. Ədalət isə ona bıçaqla zərbə endirdiyimdən sonra əlindəki taxta parçası ilə mənə iki dəfə zərbə endirdi. 
Daha sonra isə Ədalət yerə yıxıldı. Özüm oradan bir qədər uzaqlaşdım. Lakin Ədalət söyüş söyərək qışqırırdı ki, ona xəsarət yetirmişdim. Həmin zaman qonşuluqda yaşayan tanıdığım və Ədalətin qohumları olan Kamran, Vüsal, Davud və tanımadığım şəxslər gəldilər. Mənə yaxınlaşdılar və nə baş verdiyini soruşdular. Onlara Ədalətlə aramızda dava olduğunu və ona bıçaq zərbəsi endirdiyimi bildirdim. Bu zaman onun qohumları üzərimə hücum çəkmək istədi. Lakin orada olan digər şəxslər buna imkan vermədilər. Oradan uzaqlaşaraq yaşadığım evə getdim”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Ədalətin sözlərinə görə, özü narkotik vasitə aludəçisidir:
“Bundan əziyyət çəkdiyimdən bir neçə dəfə müalicə almışam. Mirəlini yaşadığım məhlədən tanıyıram. Onunla aramıznda heç bir zaman ədavət və düşmənçilik olmayın. Mirəli narkotik vasitə aludəçisi olduğundan, həm də məhkumluq həyatı yaşadığından mən və digərləri həmişə çalışırdıq ki, ondan uzaq duraq.  Həmçinin onunla arada-bir görüşəndə salamlaşmışıq, çox söhbət etmişik”. 
Ədalət qeyd edib ki, hadisə günü məhəlləyə siqaret çəkmək üçün çıxıb: 
“Bu zaman qohumum Davudun idarə etdiyi “opel” avtomaşınla mənə yaxınlaşdı, Mirəlinin yenə narkotik vasitə istifadə etdiyini və qarşısına çıxanı söydüyünü dedi. Bir qədər məhəllədə Davudla söhbət edən zaman gördüm ki, bir qədər irəlidən Mirəli gəlir. Bu zaman Davud idarə etdiyi maşınla evə tələsdiyini deyərək getdi. Özüm isə məhəllədə ayaq üstə durub siqaret çəkdim. Mirəli yaxınlaşanda gördüm ki, onun əlində alma və mətbəx bıçağı var. 
O, mətbəx bıçağı ilə almanı soyub yeyirdi. Mənim yanımdan keçəndə Mirəli salamlaşmadan baxaraq asta səslə “siz iş verənsiniz, polisə işləyirsiniz və məni satmısınız” dedi. Ona sakit olmağı bildirdim və onun qarşısına çıxdım. Mirəli isə əli ilə mənə tələyərək öz yoluna davam eləid və yenidən həmin sözü dedi. Bu sözə dözməyib əlində taxta parçası ilə onun üzərinə getdi, üzbəüz gəldikdə Mirəliyə “bilib danışmayanı və yalan danışanı da var-yoxnu...” söyüşünü söydüm. Bu söyüşdən sonra araməzda mübahisə düşdü və Mirəli əlində meyvə soyduğum mətbəx bıçağı ilə onun sol tərəfdən böyrək nahiyəsinə bir dəfə zərbə endirdi. Həmin zərbədən yerə yıxıldı və özünü itirdi. Həmin vaxt səsinə çıxan qonşular, tanışları Davud və Kamran mənə yaxınlaşaraq tez bir zamanda təcili yardım çağırıb Semaşko adına xəstəxanaya apardılar”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mirəli 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see392

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see293

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see236

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see220

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see212

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see209

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see207

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see195

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see188

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see184

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see184

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see182

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see180

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see180

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see179

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see178

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see178

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see163

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see161

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri