Icma.az
close
up
RU
Üçtərəfli əməkdaşlıqda növbəti faza başlana bilər

Üçtərəfli əməkdaşlıqda növbəti faza başlana bilər

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanla Gürcüstan regionda fəallaşan beynəlxalq aktorlara qarşı səylərini koordinasiya edərək genişləndirir. Bu, Cənubi Qafqazda hibrid təhdidlərin artması fonunda yeni aktuallıq kəsb edir. Azərbaycanla Gürcüstan strateji əhəmiyyət kəsb edən əməkdaşlıq xətlərini daha da irəliyə aparmaq üçün birgə çalışmaq planlarını ifadə edirlər. Bu, regional əməkdaşlıqlardakı yaranmış problemlərlə əlaqədar həlləri asanlaşdırır və Bakı-Tbilisi strateji tərəfdaşlığını diqqət mərkəzində saxlayır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Aqşin Kərimov sözlərinə belə davam edib: "Bununla Azərbaycan mənşə, Gürcüstan isə tranzit ölkə kimi Avropaya qaz təchizatındakı marşrutda əvəzedilməz rol oynayır. Bundan əlavə Çindən Avropaya uzanan Orta Dəhlizdə Azərbaycanla Gürcüstanın tranzit imkanları onları öz maraqlarını möhkəmləndirməyə imkan verir. Deməli, bu iki dövlət kritik təchizat axınında mühüm rol oynamaqla bərabər, təhlükəsizlik sahəsində də yeni əməkdaşlıq sahələri yaratmaq çağırışlarını icra edirlər.

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri zamanı bağlı qapılar arxasında bunların müzakirə olunduğunu söyləyə bilərik. Müzakirələr Azərbaycanla Gürcüstanın müştərək müdafiə tədbirlərini genişləndirəcəyini də göstərir. İkitərəfli münasibətlərdə bu yenilənmiş fəaliyyət daha geniş strateji məqsədlərin güclənməsinə uyğundur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycan regionda cazibə mərkəzidir. Cənubi Qafqazda böyük dövlətlərin rəqabəti kəskinləşdikcə, Gürcüstanın Azərbaycanın strateji dayaq nöqtələrinə yaxınlaşması müşahidə ediləcək. Bu, hər iki dövlətə güc balansını formalaşdırmağa yardım edəcək, bura Türkiyə faktorunu da əlavə edəndə üçtərəfli əməkdaşlıqda növbəti faza başlana bilər".

Ayşən Vəli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri