Icma.az
close
up
RU
Ermənistan əməkdaşlıqda maraqlıdırsa...

Ermənistan əməkdaşlıqda maraqlıdırsa...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Sülh sazişini imzalamalıdır...

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə bölgənin təhlükəsizlik meyarını müəyyənləşdirdiyi qədər həm də əməkdaşlıq perspektivini formalaşdırdı. Belə ki, post-müharibə dövrünün reallıqları arasında münasibətlərin normallaşması, bölgədə yeni iqtisadi sistemin qurulması kimi faktorlar da yer almaqdadır. Bu istiqamətdə davam edən proseslər müsbət trayektoriyalı inkişaf xəttinə malikdir - Cənubi Qafqazın stabil və sabit ünvan kimi şöhrət qazanması, tanınması, qlobal layihələrin bizim coğrafiyada təşəkkül tapması bütövlükdə region üçün yeni perspektiv deməkdir. Azərbaycanın yürütdüyü siyasətin hədəfi məhz budur - əsas prioritetimiz Cənubi Qafqaz üçün yeni inkişaf tempi qazandırmaqdır. Sülhün imzalanmasına bir addım qalmış mənzərə təxminən bu formadadır - Azərbaycan dünyanın yeni iqtisadi münasibətlər sistemində özünəməxsus yerə malik olan yeni iqtisadi-siyasi güc mərkəzinin formalaşdırılması üçün əməkdaşlıq platforması təklif edir, bu yolda ortaya çıxan maneələri aradan qaldırmaq üçün bütün diplomatik, iqtisadi, siyasi rıçaqlarından istifadə edir.

Azərbaycanın təşəbbüsü ilə...

Sülhlə paralel inkişaf edən və özündə əməkdaşlığı ehtiva edən bu mərhələ regiondakı indiyə qədər formalaşan platformaları daha da təkmilləşdirir -“3+3” formatı kimi müəyyənləşdirilən, Azərbaycan ilə Türkiyənin təşəbbüsü ilə həyata keçirilən platforma region problemlərinin regiondan kənar ölkələrin iştirakı olmadan, regional əməkdaşlıqların möhkəmləndirilməsini əks etdirməkdədir. Qeyd edək ki, “3+3” formatında ilk iclas Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsindən 2021-ci il dekabrın 10-u tarixində Moskvada keçirilmişdi. Sonrakı tədbir isə 2023-cü ilin oktyabrında XİN başçılarının iştirakı ilə Tehranda reallaşıb. Moskva toplantısında iqtisadiyyat, energetika, ticarət, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları, təbii ehtiyatlar, təhsil, mədəniyyət, turizm kimi sahələr üzrə əməkdaşlığın perspektivi nəzərdən keçirilmişdisə, Tehranda baş tutan beştərəfli görüşdə regional kommunikasiya məsələsi də müzakirə predmetinə çevrilmişdi. Bu formatda növbəti görüş isə ötən ilin oktyabrında Türkiyədə baş tutdu.

Ermənistan ev sahibliyi etmək niyyətindədir...

Yeri gəlmişkən, yayılan xəbərə görə, Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazır olduğunu təsdiqləyib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən “Sputnik Armenia”nın sorğusuna cavab olaraq məlumat verilib. Nazirlikdən bildirilib ki, bu barədə hələ 2024-cü ildə bəyan edilib. “Ermənistan hələ 18 oktyabr 2024-cü il tarixində İstanbulda “3+3” məşvərət platformasının üçüncü görüşü zamanı növbəti nazirlər görüşünü qəbul etməyə hazır olduğunu bildirib”, - XİN-dən bildirilib. Ermənistan Xarici İşlər Nazirliyindən onu da əlavə ediblər ki, görüşün tarixi və yeri müəyyən edilərkən ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirmişdi ki, Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüş hazırlıq mərhələsindədir. O, vurğulamışdı ki, Moskva növbəti iclasların Bakı və İrəvanda keçirilməsini təklif edir.

Azərbaycanın regional əhəmiyyəti

Düzdür, bu əməkdaşlıq formatı bölgədə sülhün yaranması üçün formalaşdırılmayıb - onun missiyası iqtisadi əməkdaşlıq platforması təşkil etmək, bütövlükdə bölgənin maraqlarını özündə ehtiva edən addımların atılmasını təşviq etməkdir. Bu mənada, siyasi analitiklər analoji toplantılarda sülh və ya münasibətlərin normallaşması ilə bağlı müzakirələrin keçirilməməsini anlaşılan hesab edir. Danılmaz həqiqətdir ki, regionda iqtisadi münasibətlərin inkişafı və əməkdaşlığın möhkəmləndirilməsi üçün ən vacib şərtlərdən biri məhz Ermənistanın öz qonşuları ilə münasibətlərini sülh və ədalət çərçivəsində qurmasına əsaslanır. Rəsmi İrəvan anlamalıdır ki, indiki halda iqtisadi inkişaf, regional əməkdaşlıq, qarşılıqlı anlaşma onların siyasi müstəqilliyini də təmin etmək iqtidarındadır. Əks halda, Ermənistan bütövlükdə siyasi-iqtisadi dalan olmaqdan xilas ola bilməyəcək. İstanbul toplantısı da məhz bu mənada xüsusi əhəmiyyət daşıyır, streotiplərin dağıdılması üçün əsas məqamlardan sayılır.

Azərbaycan isə bütün hallarda istər təşəbbüskarı olduğu, istərsə də iştirakçı kimi təmsil olunduğu layihələrin ilk növbədə qlobal səmərəsini düşünür - ölkəmiz üçün bölgənin ümumi inkişaf tempinin yüksəlməsi əsas hədəfdir. Məhz ölkəmizin səyi nəticəsində Cənubi Qafqaz yeni iqtisadi-siyasi nizamın ən mühüm elementlərindən biri qismində çıxış edir. Həm Şərqin, həm də Qərbin geosiyasi maraq dairəsində olan coğrafiyamızı “vazkeçilməz” edən məhz burada yaradılan sabitlik faktorudur. Azərbaycanın iradəsi ilə qətiləşən sabitlik isə iqtisadi əməkdaşlığın əsas təməl prinsiplərindən biri qismində çıxış edir.

İrəvan anlamılıdır ki...

Bütün bunlarla yanaşı, Ermənistan bu gün daha çox sülhün imzalanması prosesinə diqqəti yetirməlidir - bu ilin martından razılaşdırılmış sülh sənədi rəsmiləşməlidir. Bunun üçün isə Ermənistanın son addımları atması lazımdır. İrəvan həm öz Konstitusiyasını dəyişməli, həm də ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməlidir. Ortada olan zəmin şərtləri əsaslı mahiyyət kəsb edir. Əgər Ermənistan sülh və əməkdaşlıqda maraqlıdırsa, üzərinə düşən vəzifəni yerinə yetirməli və bölgənin ümumi inkişafı üçün öz töhfəsini verməlidir. Azərbaycan 2022-ci ildə sülh təşəbbüsü irəli sürməklə bu prosesi başladıb - baxmayaraq ki, qalib ölkədir, Bakı yenə də sülh və əməkdaşlıq uğrunda səylərini ortaya qoyur. Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin qovşağında yerləşən Azərbaycan bütün mənalarda bölgə üçün birləşdirici və sabitləşdirici faktor kimi çıxış edir. Bu gün Yaxın və Orta Şərqdən üzü Türkiyə, İran, hətta Cənubi Qafqaza doğru irəliləyən hərbi kataklizmlərin qarşısının alınmasında Azərbaycan faktoru mühüm istinad nöqtəsi sayılır - özünün xarici siyasət kursunda yalnız əməkdaşlığı əsas götürən, hərbi qarşıdurmalarda neytrallığını qoruyan və bütün ölkələrlə yaxın münasibətə üstünlük verən Azərbaycan bu tarixi-regional gərginliyin aradan qalxması üçün ən real və potensial “açar” rolunu oynayacaq ölkədir. Bütün tərəflərlə yaxın münasibətlərə malik Azərbaycan bölgənin gələcək təhlükəsizliyi üçün seçilmiş ünvandır - anlaşılmazlıqların aradan qalxmasında, dialoqların qurulmasında Bakının iştirakı həlledicidir. İrəvan isə reallığı dərk etməli və anlamalıdır ki, inkişafın əsas düsturu məhz regional əməkdaşlığın sülh və təhlükəsizlik şəraitində inkişaf etdirilməsidir. “3+3” formatı isə bu yöndə ən mühüm yollardan biridir...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see352

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see260

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see254

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see238

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see233

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see229

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see224

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see223

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see222

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see221

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see216

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see209

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see206

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see204

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see199

Qıdıqlama hansı hallarda təhlükəlidir? Həkim AÇIQLADI

18 Sentyabr 2026 08:42see196

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see194

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see194

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see193

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri