Ucuz bazar” dövrü bitir: Yeni vergi mexanizmi bazarları necə dəyişəcək?
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Burada əsas məqsəd kölgə iqtisadiyyatının həcmini azaltmaqdır. Miqyasın daraldılması ilə vergi ödəyicilərinin sayı artırılacaq. Bu proses həm satıcıların, həm də vətəndaşların hüquqlarının müdafiəsini təmin edəcək”.
Bunu Demokrat.az-a açıqlama iqtisadçı ekspert Razi Abasbəyli deyib.
O, bildirib ki, ilk növbədə rəsmi iş sistemi formalaşacaq:
"Vergi ödəyiciləri avtomatik olaraq sosial ödənişlər həyata keçirəcək və bununla da pensiya kapitalı yığılacaq. Digər tərəfdən, bazarlarda aparılan ticarətdə rəsmi sənədləşmə istehlakçıların hüquqlarının qorunmasını da asanlaşdıracaq".
Ekspert bildirib ki, bununla yanaşı, qiymətlərin bahalaşması qaçılmaz olacaq:
"Çünki indiyədək geyim, məişət avadanlıqları, tikinti materialları və kənd təsərrüfatı məhsullarının pərakəndə satışında bu mexanizm tətbiq olunmurdu. Yeni sistemin tətbiqindən sonra isə ticarət iştirakçılarının xərcləri artacaq, məhsulların maya dəyəri yüksələcək və nəticədə qiymətlər qalxacaq".
Onun sözlərinə görə, hazırda bu mexanizmlərin necə tətbiq olunacağı ilə bağlı detallı məlumat yoxdur:
"Hər bir icarədarın dövriyyəsindən asılı olaraq nə qədər vergi ödəyəcəyi dəqiq açıqlanmayıb. Lakin bütün hallarda vergilərin tətbiqi bazarlarda icarədarların xərclərini artıracaq və qiymətlərin bahalaşmasına səbəb olacaq".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.