Icma.az
close
up
RU
Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar” İqtisadçılar sirləri açdı KONKRET

Ucuz “İphone” fırıldağı: “Müştəriləri belə aldadırlar” İqtisadçılar sirləri açdı KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Bu il Amerikada texniki avadanlıqlar mağazasından biri  “Qara Cümə” (Black Friday) kampaniyası ilə əlaqədar ciddi dərəcədə endirimlər edib. Hətta qadın alıcılardan biri cəmi 10 dollara son model “İphone” markalı telefon alıb.

Maraqlıdır, brend olan markanın məhsulunu belə bir qiymətə satmaq texnologiya bazarına necə təsir edəcək? Bu cür fantastik endirimlər realdırmı və Azərbaycana da aid edilə bilərmi?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, bu, sadəcə reklam kampaniyasıdır:

“Dünya təcrübəsində bu cür fantastik endirimlər olur. Bu, normal satış deyil, reklam kampaniyasıdır. Hətta məhsulu pulsuz da verə bilərlər. Reklam kampaniyasının tərkib hissəsi kimi pulsuz verilən hədiyyələr də olur. Belə kampaniya reklamları bir nəfərə yox, yüz alıcıya da şamil edilə bilər. Ona görə də burada qeyri-adi bir məsələ yoxdur.

Bu cür endirimlərin və kampaniyaların texnologiya dünyasına təsiri demək olar ki, yoxdur. Yeni məhsullar təqdim olunduqca, bahalaşma davam edəcək. O zaman məhsul ucuz olar ki, tələb azalsın və onu almasınlar. İkinci bir məqam isə istehsal və təklifin çox olmasıdır. Bu iki halda nə isə ucuzlaşa bilər. Qalan hallarda ucuzlaşma gözləmək yanlışdır”.

İqtisadçı Natiq Cəfərli isə saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycanda keçilirən “Qara Cümə” kampaniyası Avropa ölkələrindən çox fərqlənir. Onun sözlərinə görə, ölkəmizdə bu kampaniya saxta formada keçirilir və əvvəlcə qiymətlər bahalaşdırılaraq vətəndaşlar “endirim” adı altında aldadılır:

“Azərbaycanda “Qara Cümə” kampaniyaları zaman etibarilə digər ölkələrlə paralel şəkildə keçirilsə də, məntiqi fərqlidir. Ölkəmizdə beynəlxalq satış şəbəkələri fəaliyyət göstərmir. Ən yaxşı halda, mağazalar françayzinq müqaviləsi ilə fəaliyyət göstərir. Yəni adını və məhsullarını Azərbaycan bazarına verir və şəbəkə formasında işləmirlər. Bunun da səbəbi bir sıra problemlərin olmasıdır. Azərbaycandan qaynaqlanan problemlər də var ki, həmin xarici şirkətlər birbaşa əlaqələr qurmağı istəmirlər. “Qara Cümə” kampaniyaları ölkəmizdə lokal formada keçirilir və əvvəlcədən qiymətlər bahalaşdırılır. Kampaniya günündə isə 60-70 faiz bahalaşdırılan qiymətlərə endirimlər edilir və bu da alıcılar tərəfindən narazılıqlara səbəb olur. Bir müsbət cəhət var ki, beynəlxalq onlayn platformalar ölkəmizdə də fəaliyyət göstərir və insanlar bu sayədə xarici ölkələrdə fəaliyyət göstərən mağazaların belə kampaniyalarda təklif etdiyi endirimlərdən yararlana bilirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri