Ucuz televiziya şoularının aqibəti necə olacaq? AÇIQLAMA
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yerli televziyalarda yayımlanan bəzi sosial proqramlarda qeyri-etik hallar cəmiyyətin narazılığına səbəb olur. Bəhs edilən verilişlərə ayrılan saatlar azaldıla bilərmi? Ümumiyyətlə, bu verilişlərlə bağlı hansısa tədbir görülür?
Bakupost.az -ın xəbərinə görə, mövzu ilə bağlı Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib ki, veriliş saatlarının azaldılması Şuranın səlahiyyətinə daxil deyil:

"Saatları azaltmaq mümkün deyil. Şura hansısa verilişin saatını azaltmağı tələb edə bilməz. Bu, qanun pozuntusu olar. Şura belə bir göstəriş versə, bu, səlahiyyət həddinin aşılması sayılar. Ancaq tövsiyələr verilə bilər. Dövlət qurumlarında da bununla bağlı müəyyən narazılıqlar olur. Ancaq saat azaldılarsa, bunun yerini nə ilə dolduracaqsan? Əgər bir veriliş 4 saat yayımlanırsa və izləyicisi varsa, onun saatını azaltmaq çətindir. Əvəzində serial yayımlansa, bu, kifayət qədər baha başa gəlir. 3-4 serial yayımlamağa imkan yoxdur. Maarifləndirici verilişlər də var, lakin onların istehsalı da çətin və bahalıdır”.
İsmət Səttarov əlavə edib ki, ötən il bu tip verilişlərin saatı müəyyən qədər azaldılıb, lakin onlara olan maraq hələ də yüksəkdir:
"Keçən il bu proqramların yayım saatı azaldıldı, amma baxış sayı yenə də yüksək olaraq qaldı. Tənqidlər hələ də var, lakin əvvəlki illərlə müqayisədə müəyyən qədər azalıb. Bununla belə, bu verilişlərə tələb kifayət qədər böyükdür".
Ayna, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 14 Fevral 2025 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















