Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlı miqrantların aqibəti necə olacaq? AÇIQLAMA

Rusiyadakı azərbaycanlı miqrantların aqibəti necə olacaq? AÇIQLAMA

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Xəbər verildiyi kimi, sentyabrın 1-dən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycanlı miqrantların bəzi sahələrdə işləməsinə qadağa qoyulacaq.

Bəs məhdudiyyətlər azərbaycanlı miqrantların gəlirlərinə necə təsir göstərəcək?

İqtisadçı Eldəniz Əmirov Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfi özü də bilmədən bununla Azərbaycan və miqrantlar üçün daha böyük bir yaxşılıq etmiş olur:

“Bu asılılıq onsuz da bir gün aradan qaldırılmalı, alternativ istiqamətlər tapılmalıdır. Rusiyada işləyən miqrantlarımız Rusiya əmək bazarına elə ciddi töhfə verirlər ki, onların Azərbaycana göndərdiyi 5-10 manatdan qat-qat artıq dəyər qazandırırlar. Yəni həmin miqrant orada sadəcə pul göndərmir, işləyir, böyük əmək sərf edir və Rusiya iqtisadiyyatına fayda verir. Orada məşğulluğun təmin olunmasında, işçi qüvvəsi ilə Rusiya bazarının təmin edilməsində müstəsna rol oynayırlar. Hətta demoqrafik göstəricilərin yaxşılaşmasında da əhəmiyyətli təsir göstərirlər”.

O qeyd edib ki, əgər azərbaycanlı miqrantın verdiyi bu əmək başqa ölkələrdə sərf olunsaydı, həm daha çox pul qazana, həm də Azərbaycana daha çox vəsait göndərə bilərdi:

“Düşünürəm ki, miqrantların bir qismi ölkəmizə qayıdacaq, bir qismi isə Rusiyada qanuni çərçivədə əmək fəaliyyətini davam etdirəcək, digərləri isə başqa ölkələrə üz tutacaq. 8 milyard insanının hamısı Rusiyaya ümid bağlayaraq dünyaya gəlməyib”.

Eldəniz Əmirov hesab edir ki, bunları ötəri proseslər kimi qiymətləndirmək lazımdır:

“Buna faciə kimi yanaşmaq doğru deyil. Təbii ki, ilkin mərhələlərdə miqrantlar müəyyən çətinliklərlə üzləşə bilərlər, amma uzunmüddətli dövrdə bunun zərərindən daha çox faydası olacaq”.

Ülkər Cəlilzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri