Icma.az
close
up
RU
Ucuza görə idxal ətinə keçid: Şadlıq evlərində menyular dəyişdi

Ucuza görə idxal ətinə keçid: Şadlıq evlərində menyular dəyişdi

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda son aylarda ət bazarında yaranan qeyri-sabitlik həm istehlakçılar arasında narahatlıq yaradıb, həm də satıcıları çətin vəziyyətə salıb. Daxili bazarda artıq yerli istehsalın payının azalması, bunun əvəzinə Monqolustan, Braziliya, Ukrayna, Qazaxıstan və Belarus mənşəli ətin geniş şəkildə satışa çıxarılması diqqətdən qaçmır.

Paytaxtdakı restoran və şadlıq evləri ilə bağlı yayılan məlumatlar isə vəziyyəti daha da ciddiləşdirir. Bildirilir ki, toy mərasimlərində süfrəyə çıxarılan tikəkabab, lüləkabab, basdırma və digər ət yeməkləri çox zaman Monqolustandan gətirilən qoyun, eləcə də Ukrayna mənşəli mal ətindən hazırlanır. Səbəb isə sadədir: bu məhsullar yerli ətlə müqayisədə restoranlara daha ucuz başa gəlir.

Gündəlik müştəri qəbulu zamanı da bir çox iaşə obyektlərinin eyni məqsədlə idxal ətlərdən istifadə etdiyi bildirilir. Maraqlısı budur ki, bu ətlər çox vaxt istehlakçıya “yerli məhsul” adı ilə təqdim olunur.

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki,  Monqolustandan və Ukraynadan gətirilən ətlər normal, təhlükəsizliyi təmin edilmiş ətlərdir.

“Sadəcə olaraq onlar uzaq məsafə gəldiyi üçün dondurulmuş vəziyyətdə olur. Qiyməti nisbətən aşağıdır. Lakin restoranlarda toy sahiblərinə hansı ətdən istifadə edildiyi barədə məlumat verilməlidir”.

O qeyd edib ki, istehlakçının mal haqqında məlumat almaq hüququ var:

“Bu, olduqca vacibdir. Çünki Monqolustandan gələn qoyun ətlərinin dadı yerli ətlərdən geri qalır. Əhalinin damaq dadına uyğun deyil. Ona görə insanlar bunu tez hiss edirlər. Menyularda bu barədə qeyd edilməsi heç də pis olmaz”.

Ayşən

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri