Udineze Zanyolonu Qalatasaray dan daimi transfer etsə də...
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Tanınmış italiyalı yarımmüdafiəçi Nikolo Zanyolodan yeni xəbərlər var.
"Football-plus.az" xəbər verir ki, məlum olduğu kimi ''Roma''da ulduzu parladıqdan sonra ''Qalatasaray''a yollanan 26 yaşlı futbolçu son 3 ildə İstanbul nəhənginə məxsus idi. Amma bu müddətdə o, başqa klublarda icarədə oynamışdı. 2023-də ''Cim-Bom''la çempion olduqdan sonra 26 yaşlı futbolçu ''Aston Villa'', ''Atalanta'', ''Fiorentina'' və son olaraq ''Udineze''də forma geymişdi.
''Udineze'' onun performansından razı qaldığı üçün istedadlı futbolçunu daimi əsasda heyətinə qatıb. İyunun 15-də bu keçid rəsmən tamamlandı və Zanyolo Udine klubu ilə 2029-a qədər müqavilə imzaladı.
Fabritsio Romanonun məlumatına görə italyanlar ''Qalatasaray''a 5 milyon avro ödəyəcək. Bundan başqa Zanyolonun sonrakı satışından əldə olunacaq pulun 50 faizi da ''sarı-qırmızılar''a çatacaq. Ancaq dünən bu məsələdə tamamilə yeni bir olay yaşandı.
Belə ki, ''Udineze'' ilə Zanyolo arasında maaş məsələsində anlaşma əldə olunmadığı bəlli oldu. Bunu futbolçunun meneceri Klaudio Vicorelli açıqladı: ''Ötən yay bu keçid transfer dönəminin son günündə baş tutdu.
Biz həmin vaxt ''Udineze'' rəhbərliyinə bildirmişdik ki, Zanyolo daimi əsasda transfer olunsa, bu şərtlərə razılaşmayacağıq. Çünki bu şərtlər onun əsil dəyərini əks etdirmir. Ötən günlərdə bu problemi yoluna qoymaq üçün ''Udineze'' ilə danışıqlar aparsaq da, anlaşa bilmədik. Zanyolo hazırda çox üzgündü. Biz hələ də ümid edirik ki, hər iki tərəfin məmnun qalacağı bir anlaşma əldə olunacaq''.
Zanyolo ötən mövsümü ''Udineze''də 34 oyun 6 qol, 6 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 İyun 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















