Udineze Qalatasaray lı futbolçu ilə bağlı nə qərar verəcək?
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
''Qalatasaray''a məxsus olsa da, son illərdə karyerası yalnız icarələrdə keçən Nikolo Zanyolo ilə bağlı yeni xəbər var.
"Football-plus.az" xəbər verir ki, 2023-ün yanvarında İstanbul nəhənginə gələn və həmin mövsüm komanda ilə çempion olan italiyalı yarımmüdafiəçi daha sonra ''Aston Villa'', ''Atalanta'' və ''Fiorentina''da icarə əsasında oynamışdı. Bu klubların heç birində özünü göstərə bilməyən Zanyolo bu mövsüm ''Udineze''də icarədədi və deyəsən nəhayət, bu kollektiv onu transfer etmək barədə ciddi şəkildə düşünür. Bu xəbəri italiyalı insayder Nikola Skira paylaşıb.
Udine klubu Zanyolonu daimi əsasda transfer etmək hüququna malikdi və bundan yararlanmaq niyyətindədi. ''Udineze''nin iki çıxış yolu var: ya anlaşmanın şərtinə əməl edərək ''Qalatasaray''a 10 milyon avro ödəmək, ya da 5 milyon avro ödəyib növbəti satışdan 50 faiz pay haqqını ''Qalatasaray''a vermək. Klub rəsmiləri hazırda bunun üzərində baş sındırır. ''Udineze''nin yanvarda ''Cim-Bom''la danışıqlara başlayacağı gözlənilir.
Zanyolo bu mövsüm bu klubda performansı ilə diqqət çəkərək 14 qarşılaşmada 5 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 11 Dekabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















