Icma.az
close
up
RU
ÜDM in həcmi 116 milyard manatı ötüb

ÜDM in həcmi 116 milyard manatı ötüb

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə  116 milyard 320 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalsa da, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artıb. Belə ki, ÜDM istehsalının 34 faizi sənaye, 10,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,5 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 356,4 manata bərabər olub.

Qeyri-neft sənayesində artan əlavə dəyər

ÜDM-in əsas drayveri və ağırlıq mərkəzi qeyri-neft sektorunun payına düşüb. Belə ki, 116 milyard manatlıq əlavə dəyərin təxminən 70 faizi qeyri-neft mənbələrinin üzərində cəmləşib ki, bu da nominal ifadədə 80 milyard manata yaxın milli məhsul deməkdir. ÜDM-də əsas sahələrdən biri olan sənaye sektorunda məhsul həcmi 57,5 milyard manatı üstələyib. Qeyri neft-qaz sənayesində əlavə dəyər 4,8 faiz artıb. Bu amil də sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Xüsusilə də ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərinin artmasında sənaye parklarının rolunun artması ümumi qeyri-neft sənayesinin dinamikasını artırır. Həmçinin Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir.  Qeyri-neft sənayesinin inkişafı ümumilikdə, neftdənkənar mənbələrin hazırda həm də əsas əlavə dəyər formalaşdıran fiskal  sahə olduğunu göstərir.

175 ölkə ilə xarici ticarət mübadiləsi aparılıb

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan dünyanın 175 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib, 120 ölkəyə məhsul ixrac olunub, 170 ölkədən idxal olunub. Xarici ticarət dövriyyəsi 39,9 milyard dollar təşkil edib. Ticarət dövriyyəsinin 20,7 milyard dolları və ya 51,8 faizi ixracın, 19,2 milyard dolları və ya 48,2 faizi idxalın payınba düşüb. Xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artıb, real ifadədə isə 7,9 faiz azalıb. Qeyri neft-qaz məhsullarının ixracı 2 milyard 987,8 milyon dollar təşkil edib və 2024-cü ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 6,6 faiz artıb.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 25,8 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,2 faizi Rusiya, 9,3 faizi Çin, 3,0 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi İsveçrə, hər biri 1,9 faiz olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla Bolqarıstan və Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya, 1,3 faizi İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və Hindistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Büdcədə qeyri-neft yığımları 11 milyard manatı üstələyib

2025-ci ilin yanvar-noyabr aylarında fiskal yığımların artımında da yüksək dinamika qeydə alınıb. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib. Büdcə gəlirlərində vergi orqanının xətti ilə daxilolmalar 15 milyard 310,5 milyon manat təşkil edərək proqnozdan 745,5 milyon manat və ya 5,1 faiz çox olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 11 milyard 187,6 milyon manat olub, proqnoz 2,7 faiz artıq icra edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 8,7 faiz artıb.

Dövlət Neft Fondundan transfert isə 13 milyard 274,3 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 752,2 milyon manat təşkil edib.

Ötən 11 ayda dövlət büdcəsinin xərcləri 31 milyard 414,7 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 376,6 milyon manat və ya 1,2 faiz çoxdur. Yanvar-noyabr ayları ərzində icmal büdcənin gəlirləri 43 milyard 855,2 milyon manat təşkil edib ki, bu da 11 aylıq proqnozu 2 milyard 526 milyon manat və ya 6,1 faiz üstələyib. İcmal büdcənin xərcləri isə 36 milyard 784,3 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin 11 aylıq icra göstəriciləri ilə müqayisədə 1 milyard 397,6 milyon manat və ya 3,9 faiz çoxdur.

Sosial sığorta yığımları 12 faizə yaxın çoxalıb

2025-ci ilin yanvar-noyabr aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 733,6 milyon manat təşkil edib. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz və ya 601,3 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz artaraq  3 milyard 832,2 milyon manat olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 203 milyon manat təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,4 faiz artıb və 155 milyon manat olub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artaraq 1 milyard 6,3 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,6 faiz artıb və 713,7 milyon manat təşkil edib.

Orta aylıq əməkhaqqı 9,4 faiz artıb

2025-ci ilin yanvar-noyabr aylarında əhalinin nominal gəlirlərində, bank əmanətlərində, ünvanlı sosial yardımın məbləğində, muzdlu işçilərin orta aylıq əməkhaqqında da artımlar qeydə alınıb. Əhalinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 80 milyard 747,2 milyon manat təşkil edib. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 782,4 min nəfər təşkil edib, onlardan 865,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 916,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 18,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 14 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3 faizi maliyyə və sığorta fəaliyyəti, 14,3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olanlardır.

Qeyd edilən dövrdə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2025-ci ilin noyabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin noyabr ayına nisbətən 5,5 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib. Nəticədə həm əhalinin orta aylıq əməkhaqqı, həm də real gəlirləri inflyasiyanı üstələməklə onların sosial rifah vəziyyətinə müsbət təsir edib.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri