UEFA avrokubokların kommersiya hüquqlarını amerikalılara satdı
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA öz himayəsi altında keçirilən turnirlərin kommersiya hüquqlarının "Relevent Sports" agentliyinə verildiyini elan edib.
Fanat.Az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Amerika şirkəti ilə müqavilə 2027/2028 mövsümündən 2032/2033 kampaniyasına qədər qüvvədə olacaq.
"Revelent Sports" UEFA-nın 1992-ci ildə anlaşdığı "Team Marketing"-i əvəz edəcək. Müqavilə Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası, Superkubok, UEFA Gənclər Liqası, həmçinin Futzal Çempionlar Liqasını əhatə edəcək.
Kommersiya hüquqları üzrə tərəfdaşın seçilməsi üçün tender prosesi ötən ilin iyununda başlayıb və iddiaçılara üç illik və ya altı illik müqavilə üçün təkliflər təqdim etməyə imkan verilib.
"Relevent Sports" UEFA-nın himayəsi altındakı klub yarışlarının kommersiyalaşdırılması ilə məşğul olan yeni şirkət yaradacaq.
Qeyd edək ki, "Relevent Sports" indiyə qədər UEFA-nın ABŞ-də tərəfdaşı idi.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Mart 2025 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















