UEFA avrokubokların finallarının hakimlərini açıqlayıb
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Daniel Zibertin rəhbərlik etdiyi alman hakimlər briqadası Çempionlar Liqasının finalını idarə edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə UEFA-dan bildirilib.
30 mayda Budapeştdə keçiriləcək həlledici oyunda “Pari Sen-Jermen” və Londonun “Arsenal” komandaları qarşılaşacaq.
Zibertə Yan Zayidel və Rafael Foltin kömək edəcək, dördüncü hakim İsveçrədən Sandro Şerer, Almaniyadan Bastian Dankert və Robert Şröder isə VAR hakimi olacaq.
42 yaşlı Zibert 2015-ci ildən bəri FİFA referisidir və 2022-ci il dünya və 2024-cü il Avropa çempionatında hakimlik edib.
Fransalı Fransua Leteskye Avropa Liqası finalının hakimi təyin edilib. Matç 20 mayda İstanbulda keçiriləcək və kubok uğrunda “Frayburq” (Almaniya) və “Aston Villa” (İngiltərə) mübarizə aparacaq.
Konfrans Liqasının finalını italiyalı hakim Mauritsio Mariani idarə edəcək. Qarşılaşma 27 may tarixində Leypsiqdə İngiltərənin “Kristal Palas” və İspaniyanın “Rayo Valyekano” komandaları arasında keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 11 May 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















