UEFA Avropa Liqası: Qarabağ Lion oyununun hakimləri müəyyənləşib
Cbcsport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda "Qarabağ" və Fransanın "Lion" komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçının təyinatları müəyyənləşib.
Qarşılaşma Serbiyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Nenad Minakoviç idarə edəcək.
Baş hakimin köməkçiləri Nikola Boroviç və Başko Bozoviç olacaq. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
VAR-da Momçilo Markoviç, AVAR-da Novak Simoviç əyləşəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək "Qarabağ" - "Lion" görüşü saat 21:45-də start götürəcək.

Avropa Liqası: “Qarabağ” “Lion” oyununun hakimləri açıqlanıb
26 Noyabr 2024 17:33
UEFA Avropa Liqası: Qarabağ Lion
28 Noyabr 2024 11:39
Avropa Liqası: “Qarabağ” “Lion” oyununun hakimləri açıqlanıb AZƏRTAC
26 Noyabr 2024 13:08
Elfsborq Qarabağ oyununun hakimləri bəlli oldu UEFA Avropa Liqası
10 Dekabr 2024 14:33

